Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

20 May 2011 - �19

 

Qaliblərə mükafatlar verildi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmanın hərtərəfli inkişafı üçün ardıcıl və məqsədyönlü işlər aparılır. İdmanın inkişafı sahəsində həyata keçirilən dövlət siyasətinə uyğun olaraq 1997-ci ildən başlayaraq Azərbaycan Milli Olimpiya Komitəsi Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması sahəsində fəaliyyətini artırır. MOK ölkədə Olimpiya hərəkatının genişlənməsini təmin etmək məqsədilə idman və bədən tərbiyəsinin qızlar və qadınlar arasında kütləviləşməsinə xidmət edən yeni layihə hazırlamışdır. "İdman qadınlar üçün! İdman qadınların həyatında! İdman qadınlarla birgə!" adlanan həmin layihənin əsas məqsədi Azərbaycanın 8 bölgəsində qızlar və qadınlar arasında idman və bədən tərbiyəsi ilə məşğulluq vəziyyətinin öyrənilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına nail olmaqdır. İctimaiyyət üçün əhəmiyyətini nəzərə alaraq Milli Olimpiya Komitəsi mayın 11-də Bakı Olimpiya Kompleksində layihənin təntənəli təqdimatını keçirdi.

Tədbirin bədii-əyləncəli idman proqramının təşkili 10 məktəb arasından seçilmiş iki məktəbə həvalə edilmişdi. Bunlar Bakıdakı 27 nömrəli orta məktəb və Laçın rayon Çıraq məktəbi idi. 27 nömrəli orta məktəbin fiziki tərbiyə müəllimləri, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Emil Qaybalıyev, Telman Cəbrayılov və Adil Məhərrəmovun hazırladıqları bədii-əyləncəli idman proqramı rəngarəngliyi ilə diqqəti cəlb edirdi. Proqram şən, dinamik və təhlükəsiz oyunlardan ibarət idi. Seminarı  Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Ç.Hüseynov açdı. Layihənin rəhbəri Mehman Kərimov fiziki tərbiyənin uşaqların, xüsusən də qızların hərtərəfli inkişafında rolunu qeyd etdi.

Tədbirin sonunda iştirakçılara və qaliblərə sertifikatlar və mükafatlar təqdim olundu. 

Y.ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"İdman" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov