Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. 2011-ci il
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan
Azərbaycan Milli Elmlər Akademiyasına 5,0 (beş)
milyon manat, o cümlədən Akademiyanın Mərkəzi
Kitabxanasının yeni binasının tikintisinə
başlamaq üçün 2,0 (iki) milyon manat; "Akademiya
şəhərciyi" ərazisində yerləşən Fizika və
Geologiya institutlarının, eləcə də Sumqayıt
şəhərində yerləşən Polimer Materialları
İnstitutunun binalarının əsaslı təmiri üçün
onların hər birinə 1,0 (bir) milyon manat vəsait
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2011-ci il |