Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Norveç Krallığı ilə təhsil sahəsində əməkdaşlıq inkişaf edir

 

 Mayın 25-də təhsil naziri Misir Mərdanov Norveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq və Oslo Universitetinin professoru Vibeke Roggenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq son illər Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında mövcud olan əlaqələrin və təhsil sahəsi üzrə əməkdaşlığın daha da inkişaf etdiyini bildirib. İkitərəfli əlaqələrin səmərəliliyinin artırılması baxımından birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayan təhsil naziri Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasında yaradılmış əməkdaşlıqdan söz açıb. Nazir Azərbaycan Dillər Universitetində həyata keçirilən pilot layihənin əhatə dairəsinin daha da genişləndirilməsi təklifini irəli sürüb və layihə çərçivəsində görülən işləri Azərbaycanın Avropa təhsil sisteminə inteqrasiyası istiqamətində atılan mühüm addım kimi dəyərləndirib.

Azərbaycanın 2005-ci ildə Norveç Krallığının Bergen şəhərində keçirilmiş konfransda Boloniya prosesinə qoşulduğunu vurğulayan nazir bu layihənin də Boloniya prinsiplərinin tətbiqi ilə sıx bağlı olduğunu bildirib. Misir Mərdanov pilot layihənin ölkəmizdə reallaşdırılmasını Norveç hökumətinin Boloniya prinsiplərinin həyata keçirilməsinə dəstək kimi qiymətləndirib və Norveç Krallığının ölkəmizdəki səfirliyinə, Oslo Universitetinin əməkdaşlarına təşəkkürünü bildirib. Təhsil naziri, həmçinin bu işin davamlı olacağına əminliyini ifadə edib.

Görüşdə Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq çıxış edərək ölkələrimiz arasındakı təhsil əlaqələrindən danışıb. Səfir Oslo Universiteti ilə Azərbaycan Dillər Universiteti arasındakı əməkdaşlıq layihəsi çərçivəsində görülən işlərdən razı qaldıqlarını bildirib.

Oslo Universitetinin professoru Vibeke Rogger birgə əməkdaşlıq layihəsi istiqamətində əldə olunan uğurlar, nəzərdə tutulan məsələlər və mövcud problemlər haqqında məlumat verib. Azərbaycan Dillər Universitetində həyata keçirilən pilot layihə üzrə yeni metodların tətbiqi, tədrisin strukturunda aparılan dəyişikliklər barədə danışan qonaq, eyni zamanda bu ali məktəbdə tələbələrin yüksək nəzəri biliklərə malik olduğunu diqqətə çatdırıb. Vibeke Rogger layihə çərçivəsində müəllimlər üçün kurslar təşkil edilməsi, təhsil alanların müstəqil işləmək bacarığının inkişaf etdirilməsi və skandinaviyaşünaslıq ixtisası üzrə lazımi mənbələrin Azərbaycan dilinə tərcümə olunması məsələləri barədə fikirlərini açıqlayıb.

Təhsil naziri öz növbəsində lazım olan kitabların və müvafiq mənbələrin Azərbaycan dilinə tərcümə olunması işinə dəstək göstəriləcəyini bildirib.

Görüşdə Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova da iştirak edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov