Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Kim kimi genosidə məruz qoyub?

 

Bir əsrə yaxındır ki, ermənilər bütün dünyaya car çəkərək türklər tərəfindən genosidə məruz qaldıqlarını, 1915-ci ildə türklərin Anadoluda onlara qarşı kütləvi soyqırımı törətdiklərini sübut etməyə çalışır, bunun üçün mövcud tarixi faktları utanıb qızarmadan saxtalaşdırmaqdan belə çəkinmir, əksər dünya ölkələrində mövcud olan güclü diasporları vasitəsi ilə ayrı-ayrı ölkələrin hökumətlərinə, parlamentlərinə təsir edərək onları buna inandırmağa, üzdəniraq soyqırımın tanınmasına nail olmağa səy göstərirlər.  Müəyyən məqamlarda bu mənfur niyyətlərinə nail olsalar da, bütövlükdə dünya ölkələri və xalqları ermənilərin bu ağ yalanlarına, mürtəce təbliğatlarına inanmır və tarixdə belə bir genosidin baş vermədiyini, əksinə, türklərin, azərbaycanlıların zaman-zaman ermənilər tərəfindən soyqırımına, qanlı terrora məruz qaldığını düşünürlər.

Tarixdə ermənilərin soyqırımı, genosid yalanlarını ifşa edən, əksinə, onların özlərinin türklərə qarşı son iki əsr ərzində çoxlu sayda soyqırımı aktı, kütləvi qırğınlar, deportasiyalar törətdiyini sübut edən saysız-hesabsız faktlar, hadisələr mövcuddur. Son illər ermənilərin iç üzünü açıb dünyaya tanıtmaq, genosid təbliğatlarının əsassızlığını sübut etmək üçün istər türk və Azərbaycan alimləri, istərsə də dünyanın bir sıra mütərəqqi düşüncəli tarixçiləri tərəfindən həmin faktlara söykənilərək əsaslı tədqiqatlar aparılmış, çoxlu sayda əsərlər yazılaraq çap olunmuşdur.

Ermənilərin hələ də cidd-cəhdlə davam etdirdikləri genosid iddialarını, anti-türk, anti-Azərbaycan siyasətini ifşa edən daha bir kitab - tədqiqatçı alim, ailəsi bir əsr ərzində 4 dəfə ermənilərin deportasiyasına məruz qalmış pedaqoji elmlər üzrə fəlsəfə doktoru, əməkdar müəllim Yusif Qazıyevin rus dilində "Kim kimi genosidə məruz qoyub?" adlı sanballı əsəri bu günlərdə işıq üzü görmüşdür.

Müstəqilliyimizin 20 illiyinə həsr olunmuş kitabda XIX və XX yüzilliklərdə erməni şovinistləri tərəfindən Azərbaycan və türk xalqlarının başına gətirilən faciələr haqqında sənədli materiallar və faktlar toplanmışdır.

Müəllifin çoxillik və gərgin əməyinin məhsulu olan təxminən 600 səhifəlik kitab filologiya elmləri doktoru Təranə xanım Hacıyeva tərəfindən nəşrə hazırlanmış və "AFpoliqrAF" mətbəəsində çap olunmuşdur.

Kitabın elmi redaktoru və rəyçisi tarix elmləri üzrə fəlsəfə doktoru, professor İmamverdi Hacıyevdir.

Kitabına yazdığı "Ön söz"də müəllif qeyd edir ki, 2001-ci il yanvarın 29-da Fransa prezidenti Jak Şirak ölkə parlamentinin həmin ilin 18 yanvarında qəbul etdiyi "Osmanlı imperiyasında 1915-ci ildə ermənilərin genosidi haqqında" qətnaməsini təsdiq etmişdir.

Bu qətnamə Türkiyəni qonşularından və digər dövlətlərdən təcrid etmək cəhdlərinin çox təhlükəli təzahürüdür. Qətnamə təsdiq edir ki, guya 95 il əvvəl Osmanlı imperiyasının Şərq rayonlarında ermənilərə qarşı, necə deyərlər, "genosid" aktı törədilib. Müəllif haqlı olaraq bu qənaətə gəlir ki, genosid haqqında bu qətnamə dünyanın 70-dən çox ölkəsində mövcud olan erməni millətçi mərkəzlərinin uzunillik məqsədyönlü səylərinin nəticəsidir. Bu illər ərzində ABŞ Konqresi də həmin mərkəzlər tərəfindən çoxlu hücumlara məruz qalmışdır. Onlar Osmanlı imperiyasının "amansız türklərini" mühakimə etmək tələbləri ilə həmin "erməni genosidi" mövzusunda qətnamələrin yeni-yeni variantlarını təklif etmişlər. İndiyədək həmin qətnamələr Amerika Konqresi tərəfindən əsaslandırılmış şəkildə rədd edilir. Xeyli tarixçinin rəyinə əsasən ABŞ-ın dövlət katibi Corc Şuliya 1985-ci il martın 4-də nümayəndələr palatasının spikeri Tomas O,Neylə yazırdı: "Türkiyədə 1915-1923-cü illərdə guya genosidin qurbanı olmuş milyon yarım erməni haqqında ideya yalandır". Bu məktubun altına 69 professor imza atmışdır. Amerikada uğursuzluqlara dücar olan erməni lobbistləri kiçik Asiyada 100 il öncə baş vermiş hadisələrlə bağlı daha artıq cəhdlərlə İngiltərə Parlamentinə, Almaniya Bundestaqına hücum edirlər. Erməni millətçi ekstremistlərin siyasi liderləri istəyirdilər ki, onlara lazım olan fransız tipli qətnamələrin digər ölkələrin parlamentləri tərəfindən qəbulu zəncirvari reaksiya doğursun.

Bu gün millətçi erməni mərkəzləri və komitələri bu ölkələrin parlamentlərini, hökumətlərini, ictimaiyyətini Türkiyə Respublikasının on milyonlarla vətəndaşına böhtan atılmasına cəlb olunması üzrə məqsədyönlü təbliğat kampaniyası aparır, bütün türk xalqına qarayaxma kampaniyası gedir. Bu antitürk aksiyanın hərəkətverici mexanizmini erməni lobbiçilərinin həyasızlığı, inadkarlığı, yalançılığı, onların millətçilik enerjisi və Avropa parlamentlərində və ABŞ Konqresində onların xeyli təmsilçilərinin olması təşkil edir. Onların məqsədi aydındır. Bu zaman təbii ki, markantil məqsəd də güdürlər: özlərinin aqressiv planlarını həyata keçirmək üçün "kompensasiya" formasında pul tələb edirlər.

Obyektiv tarix elmi bir çox tanınmış şərqşünas alimlərin, tarixçilərin, etnoqrafların simasında 1914-1920-ci illərdə vuruşan xəstə Osmanlı imperiyasının arxasında erməni başkəsən daşnakları tərəfindən başlanmış vətəndaş müharibəsi nəticəsində nələr baş verdiyini çoxdan müəyyənləşdirmişdir.

Kitabda erməni təbliğatçılarının və üzdəniraq alimlərinin son 90 il ərzində irəli sürdükləri müxtəlif tarixi saxtakarlıqlar və polemik arqumentləri müzakirə edilir. Bu fəslə Osmanlı imperiyasının daxili işlər naziri Tələt Paşanın guya ermənilərin "məhv edilməsi" barədə əmrləri olan saxta teleqramların təhlili də daxildir. Təəssüflə qeyd etmək lazım gəlir ki, belə saxtalaşdırmaların fasiləsiz təkrarlanması sayəsində onlardan uzun müddət - müasir dünya alimləri həmin saxtalaşdırılmış faktları ifşa edənədək fakt statusunda istifadə olunub.

Biz əminik ki, bu kitabın oxucuları erməni terrorizminin və bir sıra tarixi faktların mahiyyətini dərindən başa düşəcək. Kitab müəllifinin fikrincə, o, iki məqsəd daşıyır. Birincisi, bu məsələlərlə maraqlanan qeyri-erməni millətli insanların 95 il əvvəl Şərqi Anadoluda və Zaqafqaziyada baş vermiş hadisələri düzgün başa düşmələrinə nail olmaq. İkincisi isə Birləşmiş Ştatlarda və digər dövlətlərdəki erməni icmalarını xəbərdar etməyə xidmət göstərmək ki, onların anti-türk təbliğatlarını cəzasız yaymaqda azad olduqları günlər artıq başa çatmaqdadır. Bu faktın qarşısı alınacaq, bundan belə tarixin erməni təhriflərinin maneəsiz yayılmasına yol verilməyəcək.

Kitabda məqsəd oxucuları beynəlxalq terror şəbəkəsinin ayrılmaz hissəsi olan erməni terrorizmi fenomeni ilə, habelə erməni terrorizminin Birləşmiş Ştatların Konqresində və digər ölkələrin parlamentlərində fasiləsiz olaraq müzakirəyə çıxarılan "erməni genosidi üzrə qətnamələrlə" əsas əlaqələri ilə tanış etməkdir.

Kitab beş fəsildən ibarətdir. Hər fəsildə erməni terrorçuları tərəfindən türk-azərbaycanlıların genosidi faktlarının şərh olunduğu mötəbər dövlət və tarixi sənədləri özündə ehtiva edən paraqraflar vardır.

Birinci fəsil "Erməni şovinistlərinin mifik "Böyük Ermənistan" yaratmaq planlarının faciəli nəticələri" adlanır. Həmin fəsildəki ilk paraqrafda Ermənistanın və erməni xalqının coğrafi adı, tarixi, habelə ermənilərin mənşəyi təsvir edilir. Burada faktlarla sübut olunur ki, ermənilərin bəşəriyyət tarixində 1918-ci ilə qədər müstəqil dövlətləri olmayıb. Həmin dövrdə yaranmış erməni dövləti isə cəmi 30 ay mövcud olub.

İkinci və üçüncü paraqraflarda erməni şovinistləri və separatçılarının Birinci Dünya müharibəsi zamanı dinc adamlara - türklərə və azərbaycanlılara qarşı terrorçuluq fəaliyyətindən danışılır.

Kitabın ikinci fəsli erməni şovinistlərinin əhalinin ümumi sayı və guya erməni etnosunun genosidi nəticəsində qırılanların sayı ilə bağlı saxtalaşdırmaları haqqında məsələyə həsr olunub. Belə bir çox vacib məsələyə diqqət cəlb olunur ki, Birinci Dünya müharibəsi dövründə "erməni genosidi" həqiqətənmi olub? Amerika alimlərinin, erməni rəhbərlərinin, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Osmanlı imperiyasındakı digər müşahidəçilərin sözlərinə əsasən müəyyən olunub ki, uzun illər ərzində erməni inqilabçıları Birinci Dünya müharibəsində öndə gedənləri necə dövlətə qarşı qiyama təhrik ediblər. Birinci Dünya müharibəsində Osmanlı dövlətində ermənilərin xəyanətinin həmin dövrdə hökumətdə olanları məcbur edərək işğalçı rus ordusunun keçdiyi ərazilərdən erməni əhalisini necə köçürdüyünü izləmək olar. Belə ki, ermənilər həmin ərazilərdə rus ordusunu fəal dəstəkləyərək osmanlıların müdafiə səylərini zəiflədirdilər. Bu köçürmə həm də erməni və müsəlman mülki əhali arasında artmaqda olan qarşıdurmanın nəticəsində sonrakı qan tökülməsinin qarşısını almaq zərurəti ilə əsaslandırılırdı.

Bu fəsildə habelə Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasının şərq əyalətlərinin Rusiya tərəfindən zəbt olunduğu vaxt rusların təhrikçiliyi ilə ermənilərin regionda ermənilərə məxsus olmayan ərazilərdə mütləq erməni dövləti yaratmaq məqsədi ilə silahlı üsyan qaldırması da təsvir olunub. Müharibə, banditlik, aclıq və epidemiya bütün tərəflərdə böyük itkilərə səbəb olub. Ermənilər əziyyət çəkiblər, lakin bu dövrdə həm də 2,5 milyon türk və digər millətlərin nümayəndəsi məhv olub. Əlbəttə, burada imperiyanın erməni əhalisinin dövlət tərəfindən planlaşdırılan və yerinə yetirilən məhv edilməsinin hər hansı bir sxemi olmayıb. Eləcə də Qərbi Türkiyədə on minlərlə erməni rus cəbhəsindəki hadisələrə cəlb olunmayıb.

Qeyd etdiyimiz kimi, Türkiyənin və onun tarixinin öyrənilməsi sahəsində ixtisaslaşmış Amerika elmi ictimaiyyətinin əhəmiyyətli çoxluğunu təşkil edən 69 Amerika alimi özlərinin açıq bəyanatında ermənilərin genosid qurbanı olmaları haqqında Konqres tərəfindən təqdim olunan qətnaməyə qarşı qətiyyətlə çıxış etmişlər. Onlar açıq şəkildə bildirmişlər ki, müasir elm sadəcə olaraq genosid haqqında 94 illik ittihamı müdafiə etmir.

Kitabın bu fəslində göstərilir ki, 1915-ci ilin hadisələri yalnız qlobal müharibədə vətəndaş müharibəsi kimi təsvir oluna bilər. Birici Dünya müharibəsindən sonra Paris Sülh konfransında baxılmaq üçün erməni rəhbərləri tərəfindən təqdim olunmuş memorandum buna dəqiq aydınlıq gətirən sənəddir. Həmin sənəd müharibə vaxtı ermənilərin məruz qaldıqları erməni qiyamı və itkilərinə müttəfiqlərin osmanlılar üzərində qələbəsinə yardım edən vuruşan tərəflərin qurbanları kimi baxır.

Nəhayət, bu fəsil ən mükəmməl demoqrafik tədqiqatlara əsaslanaraq erməni təbliğatçılarının müharibə dövrünədək itkilərini şişirtmək səylərini işıqlandırır, habelə onların osmanlı ermənilərinin osmanlı türklərinin günahsız qurbanları kimi göstərmək cəhdlərini gözdən keçirir. Bu fəsildə həm də xəyali genosiddən 95 il keçdikdən sonra gənc ermənilərin türklərə qarşı nifrət ruhunda tərbiyələndirilməsindən söz açılır.

Kitabın üçüncü - "Ermənilərin Qafqaza köçürüldüyü gündən bu günədək azərbaycanlılar genosidə məruz qalır" - fəsli 4 paraqrafdan ibarətdir. Birinci paraqrafda ("Yerevan müsəlmanlarının erməni hökmranlığına qarşı mübarizəsi") mətn Azərbaycan Respublikasının Arxivindən götürülüb. Sənədlərdə qeyd olunur ki, erməni terrorçuları 1914-1920-ci illərdə 199 Azərbaycan kəndini yerlə yeksan etmişlər.

"Azərbaycanlıların Ermənistandan son qovulmaları" adlı sonrakı paraqrafda göstərilir ki, bu, 250 min azərbaycanlının əsl genosidi idi. "Qafqazda xalq əhalisi" adlı dördüncü paraqrafda isə sənədlərlə göstərilir ki, Qafqazda azərbaycanlılar burada yaşayan digər millətlərlə müqayisədə həmişə çoxluq təşkil ediblər.

Kitabın maraqlı fəsillərindən biri də 4-cü fəsildir. "Erməni terrorizmi və beynəlxalq terror sistemi" adlı həmin fəsildə erməni terrorçularının böyük şəbəkəyə malik beynəlxalq terrorizmlə əlaqələri gözdən keçirilir.

O, erməni terror təşkilatları ilə Yaxın Şərqin və digər terrorçu dövlətlərin müxtəlif terrorçu qrupları arasında əlaqələri  meydana çıxarır. Sənədlərin birində göstərilir ki, genosidin təşkilində türk xalqına qarşı ittihamların qəbuluna çalışan terrorçular tərəfindən 50-dən çox türk diplomatı və Amerika vətəndaşı öldürülüb. Bu terrorçular o amerikalıları qətlə yetiriblər ki, onlar genosidi şübhə altına alırlar.

Kitabın beşinci fəsli "Əlavələr" adlanır. Burada ermənilərin genosidi haqqında erməni təbliğat materiallarının saxtalığına şahidlik edən sənədlər, hökumətin 1914-1920-ci illərdə azərbaycanlıların ermənilər tərəfindən genosidi haqqında raportları, məruzələri şərh olunmuşdur.

Sənədli elmi-tədqiqat işi olan kitab ermənilərin genosidi məsələsinə bir daha aydınlıq gətirən, onun ermənilərin uydurması, xəstə təfəkkürünün məhsulu olduğunu, əslində türklərin - azərbaycanlıların erməniləri deyil, onların türk-azərbaycanlıları genosidə məruz qoyduğunu tam şəkildə açıb  göstərən qiymətli bir əsərdir.  Müəllifin böyük vətənpərvərlik duyğusu, tarixi faktlara dəqiq və hörmətlə yanaşmaq bacarığı ilə qələmə alınmış bu əsər "genosid" deyib az qala bir əsrdir ki, haray çəkən erməni təbliğatçılarına layiqli cavabdır. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov