Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

"Eurovision-2011" müsabiqəsinin qalibləri təhsildə də uğur qazanıblar

 

Müəllimləri onlar haqqında belə dedilər 

Almaniyanın Düsseldorf şəhərində keçirilmiş 56-cı "Eurovision-2011" mahnı müsabiqəsi başa çatıb. Azərbaycanı bu yarışmada təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 25 ölkənin iştirakı ilə keçən müsabiqənin final mərhələsində tarixi qələbə qazanıb.     Təmsilçilərimizin ifa etdiyi "Runnung scared" mahnısı 43 ölkə tamaşaçılarının səsverməsi  nəticəsində 221 xal toplayıb. 

Eldar məktəbdə "əla" qiymətlərlə oxuyub 

Eldar Qasımov  1989-cu ildə Bakıda ziyalı ailəsində anadan olub. O, Bakıdakı 160 nömrəli Klassik gimnaziyanın I sinfinə  qəbul  olaraq 2006-cı ildə orta təhsilini başa vurub. Kiçik yaşlarından mahnı oxumağa başlayan Eldar  2001-2005-ci illərdə 2 nömrəli  musiqi məktəbinin fortepiano sinfində təhsil alıb. 2004-cü ildə Azərbaycan Almaniya Şagird Mübadiləsi Proqramında iştirak edib. 2006-cı ildə isə  yüksək balla Bakı Slavyan Universitetinun beynəlxalq münasibətlər və regionşunaslıq fakültəsinə  daxil olub. Nəhayət, 2010-cu  ildə ali məktəbi bitirib. Yeri gəlmişkən onu da qeyd edək ki, Eldar   2008-ci ildə bir ay ərzində Almaniyanın Frankfurt-Mayn şəhərində Hote Universitetində təhsil alıb.   Onun haqqında daha ətraflı məlumat əldə etmək məqsədilə  Eldarın  oxuduğu orta və ali  məktəblərdə  olduq və ona dərs deyən  müəllimlərlə görüşdük.

Eldarın  vaxtilə oxuduğu  Bakıdakı  160 nömrəli Klassik gimnaziyanın direktoru Faina Ələkbərova və sinif  rəhbəri Nelli Mustafayeva bildirdilər ki, Eldar orta məktəbdə "əla" qiymətlərlə oxumuşdur. O, gimnaziyada fəaliyyət göstərən dərnəklərin, o cümlədən rəqs  dərnəyinin fəal üzvü olmuş  və məktəbdə uşaq xorunda oxumuşdur. Həmçinin Eldar gimnaziyanın bütün ictimai işlərində yaxından iştirak etməklə yanaşı, həmişə yoldaşlarından alicənablığı ilə fərqlənmişdir. Doğrusu, onun əldə etdiyi uğurlarda valideynlərinin, əsasən də anası və nənəsinin  zəhməti böyük olmuşdur. Çünki  bu şəxslər  Eldarın   bilikli və  bacarıqlı olması üçün həyatda  çox  çalışıblar.  Onu musiqi ilə bağlı   bütün dərnəklərə yazdırıblar ki, Eldar bir şəxsiyyət və bacarıqlı musiqiçi kimi formalaşsın.

Eldar Qasımovun ali təhsil aldığı   Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent Adil Rəcəbli  isə bizə bildirdi ki, indi hamının  sevimlisinə  çevrilmiş Eldar Qasımov haqqında müəllimi kimi fikir söyləmək mənə də xoşdur.  O,  BSU-da  oxuduğu 4 il müddətində  dərin nəzəri biliklərə malik olması, çalışqanlığı və  nəzakəti ilə tələbə və professor-müəllim heyəti arasında böyük hörmət qazanmışdır. Təsadüfi deyil ki, I kursun sonunda  tələbələr  onun ictimai fəallığını nəzərə alaraq  650 -dən çox tələbəni birləşdirən   fakültə tələbə həmkarlar təşkilatına sədr seçmişlər.

O vaxtdan tələbələrin yaxın dostu olan Eldar bu gün də  ənənəsinə sadiq qalır.  Eldar ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra  BSU-nun magistratura şöbəsində  təhsilini davam etdirir. Bu gün  onun "Esprit Arena"sında 56-cı "Eurovision" mahnı müsabiqəsində  qazandığı uğura görə başqaları kimi onun  təhsil aldığı BSU-nun   bütün kollektivi  də sevinc içərisindədir.   

Nigar uşaq yaşlarından ansamblda solist kimi çıxış edib 

"Eurovision -2011" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən digər qaliblərdən biri də Nigar Camal olub. O, 1980-ci ildə Bakı şəhərində  anadan olub. 1997-ci ildə Bakıdakı 203 nömrəli orta məktəbi bitirib.

1985-1986-cı illərdə şəhər uşaq ansamblında solist kimi çıxış edib. Həmçinin 1988-1996-cı illərdə "Pöhrə" respublika mahnı müsabiqəsində iştirak edib  və 1996-cı ilin may ayında  bu müsabiqənin "Fəxri diplom"unu   qazanıb.

Nigar Camal 1997-ci ildə Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsinə daxil olaraq oranı bitirib. Sonra  2005-ci ildə ailə həyatı  quraraq Londona köçüb. Yasmin və Səidə  adlı 2 qızı var.

203  nömrəli orta məktəbdə də Nigara Azərbaycan dilindən dərs deyən,  məktəbin tədris işləri üzrə direktor müavini Sevil İmanova  və coğrafiya müəllimi Nuridə Şabanova ilə söhbətləşdik. Bildirdilər ki, hər ikisinin  övladları Nigarla bir sinifdə oxumuşlar. Övladlarını tanıdıqları qədər  Nigarı da  yaxşı tanıyırlar. Nigar dərslərini yaxşı oxumaqla bərabər, həm də təşkilati işləri çox sevirmiş. Musiqiyə həvəs isə  onda hələ  erkən yaşlarından başlamışdır.

Biz məktəbdə olanda Nigar haqqında  digər müəllimlərin də xoş sözlərini eşitdik. Şahidi olduq ki,  məktəbin  pedaqoji  kollektivi Nigarın qazandığı uğura çox sevinirlər. Axı  bu  uğurun qazanılmasında Nigara dərs deyən, yol göstərən müəllimlərin də payı var.  

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov