Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Əlli yaşlı məktəbin salnaməsi

 

Əsası ötən əsrin 30-cu illərində qoyulmuş Saatlı rayonundakı Qaralar (indiki Varxankənd) məktəbinin son 50 ildə keçdiyi şərəfli yolda əldə etdiyi nailiyyətlərdən bəhs edən kitab bu günlərdə işıq üzü görüb. Varxankənd tam orta məktəbinin direktoru Lətif Şimşəkovun ikiillik gərgin  zəhməti nəticəsində araya-ərsəyə gəlmiş kitabı Axıska türklərinin bir parçası olan Saatlı rayonunun Varxan kəndində 1959-cu ildən məskunlaşmış əhalinin uşaqlarının təhsil aldığı məktəbin 50 illik yubileyinə layiqli töhfə kimi qiymətləndirmək olar. "Müəllifdən" adlı girişdən və 6 bölmədən olan kitabın ilk səhifələrində məktəbin yaranma tarixi və keçdiyi yol  haqqında geniş məlumat verilib. "Məktəb rəhbərləri, pedaqoji və texniki işçilər" adlanan bölmədə Varxankənd məktəbində 1959-cu ildən bu günə kimi işləmiş məktəb direktorları, tədris işləri üzrə direktor müavinləri, tərbiyə işləri üzrə direktor müavinləri, GÇH (Hərbi hazırlıq) rəhbərləri, UBT rəhbərləri, təsərrüfat işləri üzrə direktor müavinləri, məktəbdə işləyən müəllimlər (162 nəfər), məktəbin kitabxanaçıları və digər işçiləri haqqında söz açılıb.

Kitabın II bölməsi "Məktəbin statistik göstəriciləri" adlanır. Burada 1959-1960-cı tədris ilindən 2008 - 2009-cu tədris ilinədək (50 tədris ili ərzində) siniflər, müəllimlər, şagirdlər və məzunların sayı, məktəbi "4" və "5" qiymətlərlə bitirənlər haqqında geniş məlumat verilib. Həmçinin bu bölmədə məktəbin məzunlarından ali təhsil alanlar, məktəbin şagirdlərinin fənn olimpiadalarında uğurları barədə ətraflı söhbət açılıb.

Kitabın III bölməsi "Unudulmaz müəllimlərimiz" adlanır ki, burayada Varxankənd orta məktəbində 1959-cu ildən çalışan və dünyasını dəyişən müəllimlərin həyatı və pedaqoji fəaliyyətləri haqqında geniş məlumatlar daxil edilmiş, onların Varxankənd-Qaralar məktəbinin inkişafı yolunda çəkdikləri zəhmət qeyd olunub.

Kitabın IV - "Şəhidlərimiz unudulmur" adlı bölməsində Varxankənd orta məktəbində vaxtilə təhsil almış və Qarabağ müharibəsində şəhid olmuş məzunların həyat yolu işıqlandırılıb.

Kitabın V bölməsi "Cəfakeş müəllimlərimiz" adlanır. Burada 1959-cu ildən etibarən müxtəlif işlərdə işləmiş, həmçinin hazırda fəaliyyət göstərən müəllimlər haqqında söhbət açılıb.

Kitabın sonuncu "Gənc müəllimlərimiz"  bölməsində isə 2006-cı ildən sonra işə qəbul olunan və hazırda məktəbdə işləyən müəllimlərin şəkilləri oxuculara təqdim edilir.

Qeydləri nəzərə alıb kitabı tam əsasla 50 yaşlı məktəbin salnaməsi hesab etmək olar.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov