Sankt-Peterburq hökuməti riyaziyyat və fizika
sahələrində xüsusi təqaüdlər təsis edib. Dövlət
dəstəyi ali məktəblərin ən yaxşı tələbələrinə (I
və II kursların əyani şöbə tələbələrinə),
olimpiada qaliblərinə və mükafatçılarına, habelə
mühəndis-texniki profilli gələcək mütəxəssislərə
göstəriləcək.
Qərar "2011-2015-ci illərdə Sankt-Peterburqun
ali məktəblərinin inkişafı üzrə şəhər tədbirlər
Planı" çərçivəsində qəbul olunub. Şəhər
hökumətində belə hesab edirlər ki, təqaüdlər
Şimal paytaxtına təkcə Rusiyanın digər
regionlarından deyil, həm də yaxın xarici
ölkələrdən istedadların cəlb olunmasına kömək
edəcək, tələbələrdə təhsilə motivasiyanı
gücləndirəcək və nəticədə sənaye və elm sahəsi
üçün mütəxəssislər hazırlığının keyfiyyəti
yüksələcək.
Ümumilikdə 140 təqaüd təsis olunub - 70-i
riyaziyyatçılar, 70-i də fiziklər üçün. Düzdür,
bunlar hələ son rəqəmlər deyil: təqaüdlərin sayı
və həcmi hələ dəqiqləşdiriləcək. Məsələ bundadır
ki, ilkin olaraq tələbələrin hərəsinə ayda 4000
rubl ödəmək planlaşdırılıb. Lakin Sankt-Peterburq
Ali Məktəb Rektorları Şurası təqaüdlərin həcmini
beş min rubla qədər artırmağı təklif edib. |