Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Uşaqlar tapşırıqları dəqiq və sərbəst yerinə yetirirdilər

 

Mayın 24-də Bakıdakı 68 nömrəli körpələr evi-uşaq bağçasında böyük yaş qrupu uşaqlarının yekun məşgələləri keçirildi. Tədbirdə 68 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbəqədər təhsil sektorunun baş məsləhətçisi Tamilla Allahverdiyeva və digər qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan 68 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ofelya İmamverdiyeva  bildirdi ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Bu məqsədlə bağça öz işini günün tələblərinə uyğun qurur. Test məşğələlərinə mayın 23-dən start verildiyini bildirən O.İmamverdiyeva uşaqlarla bu məşğələlərin keçirilməsinin zəruri olduğunu nəzərə çatdırdı.

Tərbiyəçilərdən Şəhla Osmanova, Arzu Əmirova və Aidə Şirinovanın keçirdiyi məşğələlərdə fidan balalar özlərini çox sərbəst hiss edirdilər. Öncə uşaqlar xüsusi hazırlanmış kağızlarda rənglər üzrə test tapşırıqlarını yerinə yetirdilər. Sonra Dövlət bayrağının rənglərini bildirərək, hər bir rəngin hansı mənaları daşıdığını iştirakçıların nəzərinə çatdırdılar. Göy qurşağının rənglərini və həftənin yeddi gününü  ardıcıl saydıqdan sonra bəstəkar Oqtay Zülfüqarovun "Qonaqlıq" mahnısını oxudular. "Tap görüm" oyunu vasitəsilə balacalara verilən suallar onlar tərəfindən dəqiq və məzmunlu cavablandırıldı. Hər bir uşağın bilik səviyyəsi verilən tapşırıqlar üzrə qiymətləndirildi. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov