Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Dərslərimi müasir tələblər səviyyəsində qururam

 

Artıq bir neçə ildir ki, təhsil sistemində yeni kurikulumların tətbiqinə başlanıb. Hər bir ibtidai sinif müəllimi kimi  mən də dərslərimi yeni təlim modelinin tələblərinə uyğun qurmağa çalışıram. Bu barədə topladığım təcrübəni bir dərsin nümunəsində oxuculara təqdim etmək istərdim. Birinci sinifdə həyat bilgisi fənni üzrə "Sağlamlığımı qoruya bilirəm" mövzusunun tədrisi zamanı qarşıma qoyduğum məqsəd şagirdlərdə sağlamlığın qayğısına qalmaq bacarığı aşılamaq və sağlamlıqlarının onların özlərindən asılı olduğunu başa salmaqdır.

Bu mövzunun tədrisi nəticəsində şagirdlər sağlam həyat tərzinin şərtlərini (təmizlik, düzgün qidalanma, yuxu və istirahət) sadalayır, hava durumuna görə geyim əşyalarını fərqləndirir, özünə qulluq və zəruri şəxsi gigiyena qaydalarına riayət etməyi öyrənir.

Dərsin gedişi zamanı böyük və kiçik qruplarla iş formasından, müzakirə üsullarından və müxtəlif resurslardan - dərslik, şəkil, iş dəftərləri, iş vərəqləri və meyvələrdən istifadə edirəm.

Dərsin birinci-motivasiya mərhələsində problemin qoyulması üçün şagirdlərə "Nə üçün qışda qalın geyinirik" sualı ilə müraciət edirəm.

Onların cavablarından sonra (hava soyuq olur, qar yağır, qalın geyinirik ki, xəstələnməyək və s.) yeni sualı səsləndirirəm:

- Xəstələndikdə nə baş verə bilər?

Sinifdə aparılan frontal sorğudan sonra məlum olur ki, xəstələnməmək üçün uşaqlar sağlamlıqlarının qayğısına qalmalıdırlar.

Beləliklə, dərsin tədqiqat sualı yaranır: "Sağlamlığınızın qayğısına qalıb onu qoruya bilirsinizmi?".

Şagirdlər bu suala müxtəlif cavablar verirlər; təmizkarlıqla, düzgün qidalanmaq, yatmaq, istirahət etmək və idman etməklə.

Sonra verilən cavabların hər biri ilə bağlı şagirdlərlə sorğu aparıram və onların öz fikirlərini ifadə etməsinə çalışıram.

Tədqiqatın aparılması mərhələsində sinifdəki şagirdlər 3 qrupa bölünür və qruplara iş vərəqləri paylayıram. Hər qrup bir az əvvəl səslənən fikirlərə əsasən verilən tapşırıq üzərində işləyir.

Sonra hər qrupdan bir nümayəndə işlərinin nəticələrini təqdim edir.

Növbəti informasiya mübadiləsi mərhələsində qruplar gəldikləri nəticələri müzakirə edirlər və hər bir qrup digərinin cavablarına münasibətini bildirir. Mən ayrı-ayrılıqda onların işlərini qiymətləndirirəm və uşaqlar fərqlənən qrupdakı yoldaşlarını alqışlayırlar.

Mən istiqamətverici suallarla müzakirəni davam etdirirəm. "Sağlam qalmaq üçün düzgün oxumaq qaydalarını da bilməliyik. Bu qaydalar hansılardır?".

Şagirdlərin verdiyi cavablardan sonra hər bir qrup öz tapşırığına uyğun tapmaca deyir, şeir söyləyir və ya mahnı oxuyur.

Növbəti mərhələdə dərsdə  mənimsədilən informasiyanı müzakirə etmək məqsədilə şagirdlərlə frontal sorğu keçirirəm və ümumiləşdirmə apararaq nəticələri sistemləşdirirəm.

Bu zaman verilən biliyin möhkəmləndirilməsi məqsədilə hər bir şərtə uyğun müxtəlif əyani vəsait, rəsm və plakat nümayiş etdirirəm.

Sonra şagirdlərə dərsliyin müəyyən səhifələrindəki rəsmləri cümlələr qurmaqla təsvir etməyi tapşırıram. Birincilər hər rəsmə aid bir neçə cümlə qururlar və beləliklə kiçik mətnlər yaranır. Uşaqlar bu işə böyük maraq göstərirlər və yoldaşlarının cümlələrindəki  fikri həvəslə davam etdirirlər. Nəticədə gigiyena qaydaları, ilin fəsilləri, geyimlərdən fəsillərə uyğun istifadə olunması və s. ilə bağlı səslənən fikirlərə əsasən şagirdlər bu dərsdə öyrəndiklərini daha dərindən mənimsəyir və yadda saxlayırlar.

Dərsin yaradıcı tətbiqetmə mərhələsində birincilərə iş dəftərindəki çalışmaları yerinə yetirməyi tapşırıram. Sonda uşaqların uyğun sözləri tapıb yazmaqla gördükləri işi fərdi qiymətləndirirəm. 

Elnarə KAZIMOVA,
Lənkəran şəhər
5 nömrəli tam orta məktəbin müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov