Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

Şagirdlər səhnədə bacarıqlarını göstərdilər

 

Bakıdakı 229  nömrəli tam orta məktəbdə İKT-nin tətbiqindən əldə olunan nəticələrin təqdimatı məqsədi ilə aprel və mayda fənn aylığı keçirilib. Həmin aylıq çərçivəsində ibtidai və yuxarı siniflərdə keçirilən "açıq dərs"lər maraqla dinlənilib.

 I "b" sinfində Laləzar Hüseynovanın riyaziyyat fənnindən "Vaxt", III "b" sinfində Bəsti Mansurovanın "oxu"dan "Qarabatdağ və xərçəng", I "d" sinfində Bahar Bayramovanın oxu fənnindən "Tıq-tıq xanım" nağılı, I "a" sinfində Larisa Fərəcovanın Həyati bacarıqlara əsaslanan təhsil fənnindən "Yol hərəkəti qaydaları", III  "a" sinfində Şücaət Musayevanın "oxu"dan "Peşələr necə yaranır?",  V "b" sinfində Yeganə Ağayevanın ingilis dilindən "London parkları, Britaniya yeməkləri", VIII "b" sinfində Gülnarə Ağayevanın ədəbiyyat fənnindən "Ə.Haqverdiyevin Mirzə  Səfər"  hekayəsi, VIII "c" sinfində Mənsurə Əhmədovanın ingilis dilindən "Britaniya kitabxanası", X "d" sinfində Gülnarə Novruzovanın rus bölməsində "Xiristofor Kolumb" haqqında və digər mövzularda "açıq dərs"ləri təşkil edilib.

Dərslərdə müəllim və şagirdlərin informasya-kommunikasiya texnologiyalarından istifadə etməsi, mövzu ətrafında təqdimat və müzakirələr, müxtəlif fənlərə inteqrasiya, Milli Kurikulumun standartlarına uyğunluq kimi məsələlər diqqəti cəlb edib. Məktəbin direktoru Fəridə Bağırova "açıq dərs"lər haqqında məlumat verərək bildirdi ki, təhsil ocağında demək olar ki, bütün dərslər müasir təlim texnologiyalarından, innovasiyadan  istifadə etməklə keçilir. Bu məqsədlə məktəbdə innovasiya kabineti yaradılıb ki, orada təlim prosesində keyfiyyətin yüksəldilməsinə xidmət edən bir sıra müasir avadanlıqlar yerləşdirilib. F.Bağırovanın sözlərinə görə, məktəbdə keçirilən fənn aylığı ilə əlaqədar olaraq  Vilyam Şekspirin "Hamlet" əsərini VIII "a" sinif şagirdləri müəllimləri Şəhla Qarayeva, Maarifə Mahmudova və Nəzakət Baçarovanın köməyi sayəsində səhnələşdiriblər. Bundan başqa, dünya fizikləri haqqında VIII sinif şagirdləri müəllim  Həcər Məmmədovanın rəhbərliyi ilə məktəbin akt zalında tədbir keçiriblər.    

Rəşad ZİYADOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov