Ən yaxşı müəllimlər

 

Ən yaxşı məktəblər

 

700 bal toplayanlar

 

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

27 May 2011 - �20

 

"Canlı işıqfor"

 

 Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Xalid Musayevi  "Canlı işıqfor" kimi tanıyırlar. O, III qrup əmək veteranıdır. Xalid artıq 14 ildir ki, xırda ticarətlə məşğul olduğu dükanının yaxınlığında yerləşən 114 nömrəli məktəbə gedən şagirdlərə  avtomobil yolunu keçməkdə kömək edir. Xalid Musayev uşaqları avtomobildən qorumaq və onların təhlükəsizliyini təmin etmək  üçün səhər tezdən işə gəlir. Gününün yarıdan çoxunu uşaqlara həsr edən Xalidi Əmircan kəndində tanımayan yoxdur. Böyükdən kiçiyə hər kəsin sevimlisi olan,  "Sürücülər ehtiyatlı olun! Qarşınıza öz övladınız çıxa bilər!" devizini əsas tutan Xalid Musayevə "Canlı işıqfor" deyə müraciət edirlər.

Onun xeyirxahlıq işi bununla bitmir. Belə ki, o, təkcə uşaqlara deyil, yaşlı insanlara da təhlükəli yoldan keçərkən köməklik göstərir. Bununla yanaşı qəsəbədə yaşayan bir neçə yaşlı insanlara pensiyalarını almaqda yardım edir. Savab işlər görməyi özünün mənəvi borcu bilən Xalid bu işdən zövq aldığını və nə qədər ki, ömrü var, bu işə həsr edəcəyini söyləyir. Hazırda o, siyahıya aldığı 127 şagirdi hər gün təhlükəli yoldan keçirir.

Xalidin dediklərindən:1997-ci ilin noyabr ayı idi,  gördüm ki, mənim "budkam"la üzbəüz - yolun qarşı tərəfində iki azyaşlı uşaq dayanıb ağlayır. Onlara yaxınlaşıb niyə ağladıqlarını soruşdum, dedilər ki, yolu keçə bilmirik. Mən onların əlindən tutub yolu keçirdim. Ertəsi gün yenə bir neçə uşağı eyni yerdə yoldan keçirməli oldum. Üçüncü gün iki qız, bir oğlan uşağı yolun qarşı tərəfindən məni çağırıb dedilər ki, "əmi, nə olar, gəl bizi yoldan keçir". Mən yenə də gedib uşaqları yoldan keçirdim. Beləcə, bu iş davamlı xarakter aldı. Həmin vaxtdan da bu işi özümə bir peşə kimi seçdim.

Əvvəllər bu işdə bir çox çətinliyim olurdu. Belə ki,  mülki geyimdə uşaqları yoldan keçirmək bəzi problemlər yaradırdı. Maşınlar sürətlə şütüyürlər. Əlimi qaldırıb onları dayandırır, uşaqları birtəhər yoldan keçirirdim. Bir gün fikirləşib özümə taxtadan nişanlı dəyənək düzəltdim. Bundan sonra işim bir az yüngülləşdi. Zaman ötdükcə artıq insanlar məni tanımağa və hörmət eləməyə başladılar.

İnsanlardan geyimimə görə fərqlənmək üçün özümə xüsusi forma aldım. Bu, işimi bir az da yüngülləşdirdi. Sonra sakinlərlə birgə aidiyyəti orqanlara müraciət edərək bildirdik ki, adıçəkilən yolda piyada keçidi nişanı, küçə işıqları qoyulsun.  Təklifimiz nəzərə alındı. İki gündən sonra yolun həmin hissəsinə piyada keçidi nişanı qoyuldu. Bir müddət sonra küçənin işıqlandırılması da düzəldi və mənim işim bir qədər də asanlaşdı.

Mənə "Canlı işıqfor" adını ilk dəfə 3-cü sinif şagirdi Aytən adlı qız verib. O, yolun qarşı tərəfində durub məni çağırdı ki, "Canlı işıqfor", gəl məni yoldan keçir. Bəzən elə vaxtlar olur ki, yemək üstə oluram, uşaqlar mənə zəng vururlar ki, "Xalid əmi yolda qalmışıq". Mən yeməyimi dayandırıb qaçıram uşaqların yanına, onları yoldan keçirib sonra çörək yeməyə qayıdıram. Burada keçirdiyim 14 il ərzində çox çətinliklərlə qarşılaşmışam. Hətta elə sürücülər olub ki, onları dayandıranda məni təhqir də ediblər. Amma mən onlara fikir verməmişəm.

Dövlət Yol Polisi İdarəsi (DYP) ilə əməkdaşlıq edirəm. Onlar mənə çox kömək edirlər. Bu günlərdə DYP-dən "Piyada təhlükəsizliyi ayı"na görə xüsusi kitabçalar alıb uşaqlara paylamışam. Uşaqlar yol hərəkəti qaydalarına aid olan kitabçaları həvəslə oxuyurlar. Çalışıram onlara bir şey öyrədim.

Xalidlə söhbətimizdən sonra 114 nömrəli məktəbin direktoru Ceyran Novruzova ilə görüşdük. Gəlişimizin məqsədini öyrənən direktor Xalid haqqında xoş sözlər söylədi. Bildirdi ki, Xalid kimi insanlar xalqımıza çox gərəklidir. Onun bu humanist, xeyirxah işi həm də şagirdlərə milli mənəvi dəyərləri, böyüyə-kiçiyə hörmət etməyi öyrədir.

Məktəbin şagirdlərindən Zəhra Abdullayeva, Lalə Məmmədli, Nurlan Aslanlı və başqaları Xalid Musayevin onlara böyük diqqət göstərdiyini və daim qayğılarına qaldığını bildirdilər.

 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov