Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

Müsabiqə qalibləri mükafatlandırıldı

 

Lənkəran Dövlət Universitetində müstəqilliyimizin yenidən bərpasının 20-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq mədəniyyət və incəsənət  bayramı keçirilmişdir. 28 May - Respublika gününə həsr edilən tədbir Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil olunmuşdu.

Tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov  açaraq iştirakçıları salamladı. Bildirdi ki, tədbirdən məqsəd tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsinə diqqəti artırmaq, mədəniyyət və incəsənətimizə, milli adət-ənənələrimizə hörmət aşılamaq, istedadlı gənclərin üzə çıxarılmasını və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etməkdir. Qeyd edildi ki, müsabiqəyə hazırlıq mərhələsində ayrı-ayrı fakültələrdə ifalara baxış keçirilmiş, yüksək bal toplayanlar müsabiqəyə buraxılmışlar. Qalib adı uğrunda 500-dən çox tələbə, o cümlədən rayon təhsil və uşaq müəssisələrinin kollektivləri iştirak edirdilər.  Xalq çalğı alətləri, milli rəqs, tək ifaçılar (bədii qiraətçilər, musiqi alətlərində fərdi ifaçılar, solo oxuyanlar), rəsm, əl işləri, bədii yaradıcılığın digər janrları üzrə fərqlənənlər münsiflər heyəti tərəfindən müəyyənləşdirildi.

Bədii qiraət, mahnı və rəqs yaradıcılıq müsabiqəsində daha çox bal toplamış iqtisadiyyat və idarəetmə fakültəsi birinci, humanitar və pedaqoji elmlər fakültəsi ikinci, təbiyyat fakültəsi üçüncü yeri tutdu.  İqtisadiyyat və idarəetmə fakültəsi Ekologiya ixtisası üzrə birinci kurs tələbələrinin çıxışı yüksək qiymətləndirildi və onlar ixtisas qrupları üzrə müsabiqənin qalibi oldular.  

Bu qrupda çıxış edən tələbələrdən Aytən Məmmədova, Minazər Tofiqli,  Gözəl Səmədzadə, Rüfanə Qurbanova, Kəmalə Mövsümzadə Azərbaycana, ümummilli lider Heydər Əliyevə həsr edilmiş seirlər, mahnılar oxudular. Milli rəqslər oynanıldı, müstəqilliyi, Vətəni, Qarabağı  tərənnüm edən rəsm əsərləri,  o  cümlədən fizika və kimyadan təcrübələr nümayiş etdirildi.

Universitetin alman dili ixtisası üzrə dördüncü kurs tələbəsi Gülxar Həsənova, riyaziyyat-informatika ixtisası üzrə ikinci kurs tələbələri Zeynəb Məmmədli və Sevinc Şirzadova, riyaziyyat ixtisası üzrə tələbə Ülviyyə Səttarzadə fərdi yaradıcılıq müsabiqələrinin qalibi oldular.

Lənkəran şəhər 5, 12 və 17 nömrəli uşaq bağçalarının, Lənkəran Özəl Türk Liseyi şagirdlərinin çıxışı da maraq doğurdu.

Qaliblərə müxtəlif dərəcəli diplom və qiymətli hədiyyələr təqdim edildi.  Universitetin dosenti, Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Səmədağa Abdullayev qalibləri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzuladılar. 

Hacı Etibar ƏHƏDOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov