Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

"Zəkalar" liseyi ənənəvi məntiq olimpiadasını keçirdi

 

Bakıdakı 287 nömrəli "Zəkalar" liseyi yüksək intellektual qabiliyyətə malik uşaqları aşkara çıxarmaq  və liseydə təhsilə cəlb etmək, onların hərtərəfli inkişaflarına nail olmaq məqsədi ilə hər il müxtəlif tədbirlər - bilik yarışları, müsabiqələr, olimpiadalar keçirir. Artıq ənənə halını almış belə tədbirlərdən biri də liseyin yarandığı 1992-ci ildən bəri hər il  Respublika günündə təşkil olunan məntiq olimpiadasıdır. Mayın 28-də liseydə "Zəka-2011" devizi altında növbəti belə olimpiada keçirildi. Respublika gününə həsr olunmuş məntiq olimpiadasında hər il olduğu kimi, bu il də 7-ci sinif şagirdləri iştirak edirdilər. Yarışa liseyin şagirdləri ilə birlikdə paytaxtın digər təhsil ocaqlarından gəlmiş 207 məktəbli qatılmışdı. Olimpiada başlamazdan əvvəl onun haqqında bizə ətraflı məlumat verən liseyin direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoru, əməkdar müəllim Aygün Əhmədli tədbir çərçivəsində xüsusi bədii proqramla həm də 28 May - Respublika gününü qeyd etdiklərini bildirdi. Dedi ki, olimpiadanın  əsas özəlliklərindən biri onun şagirdlərin özləri tərəfindən aparılması və qiymətləndirilməsi, liseyin əvvəlki illərinin tanınmış məzunlarının tədbirdə yaxından iştirak etmələridir. Məzunlar həm də tədbirə sponsorluq köməyi göstərir, qaliblər üçün pul mükafatı ayırır, hədiyyələr alırlar.

Liseyin həyətində keçirilən açılış mərasimində yarışmaya gəlmiş şagirdlərin valideynləri və çoxlu qonaq - müxtəlif ali məktəblərdən alimlər, Xətai Rayon İcra Hakimiyyətindən nümayəndələr, məktəb direktorları iştirak edirdilər.

Bayram tədbiri ulu öndər Heydər Əliyevin təhsillə, vətənimizin müstəqilliyi ilə, gənclərə vətənpərvərlik hissinin aşılanması ilə bağlı söylədiyi müdrik kəlamların səsləndirilməsi ilə başladı. Dövlət himni ifa olundu. Tədbirin aparıcıları olan şagirdlər Azərbaycan Cümhuriyyətinin yaranması, müstəqilliyimizin əldə olunduğu tarixi şərait, ADR-in fəaliyyəti, onun qəbul etdiyi dövlət bayrağı, himni haqqında geniş məlumat verdilər.

Liseyin direktoru A.Əhmədli çıxış edərək mərasim iştirakçılarını salamladı və Respublika günü münasibəti ilə təbrik etdi. Təbrik nitqində liseyin son illərdəki uğurlarından söz açan direktor bu il 8 şagirdin respublika fənn olimpiadalarında mükafata layiq yerlər tutduğunu, yetirmələrinin ölkə telekanalları ilə yayımlanan müxtəlif intellekt yarışlarının qalibləri olduğunu, xarici universitetlərdə təhsil aldıqlarını bildirdi. Liseyin məzunlarının uğurlarından da söz açan A.Əhmədli tədbirdə iştirak edən məzunları qonaqlara təqdim etdi.

Sonra məntiq olimpiadasının təşkilatçısı, liseyin riyaziyyat müəllimi Rafil İmanov yarışın əhəmiyyətindən, aparılma qaydalarından danışdı, məktəblilərə uğurlar arzuladı.

Həyətdə sıra ilə düzülmüş şagirdlər olimpiada tapşırıqlarını həll etmək üçün sinif otaqlarına yollandıqdan sonra liseyin və şəhər 11 nömrəli musiqi məktəbinin şagirdləri birgə hazırladıqları konsert proqramını təqdim etdilər. İstedadlı uşaqlar Vətənə, məktəbə, müstəqilliyimizə həsr olunmuş şeirlər söylədilər, mahnılar, rəqslər ifa etdilər, səhnəciklər göstərdilər. Milli Qəhrəman Mübariz İbrahimovun şücaətindən bəhs edən səhnəcik tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Bədii hissə başa çatdıqdan sonra Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi Uğurlu Abbasov, BDU-nun professoru Həşim Şimiyev, 191 nömrəli məktəbin direktoru Rəhimə Əliyeva, 147 nömrəli texniki-humanitar liseyin direktoru Həlimə Mehdiyeva, 191 nömrəli məktəbin müəllimi Fərhad Tağıyev, 48 nömrəli məktəbin müəllimi Nurəddin Nurəddinov, liseyin sabiq müəllimi, hazırda AMEA-nın elmi əməkdaşı Sahib Əhmədov, məzunlar çıxış edərək tədbiri yüksək qiymətləndirdilər. Şərqdə ilk demokratik respublika   olmuş Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətindən, liseyin uğurlarından söz açdılar, burada yaradılmış yüksək təhsil mühitinin liseyin direktoru A.Əhmədlinin, yaradıcı müəllimlərin zəhmətinin nəticəsi olduğunu vurğuladılar.

Tədbirin sonunda məntiq olimpiadasının nəticələri açıqlandı. Bu barədə məlumat verən Rafil İmanov təqdim olunan məntiq çalışmalarını daha düzgün və çox həll edərək yüksək bal toplamış şagirdlərin olimpiadanın qalibi elan olunduğunu, ənənəyə uyğun olaraq qaliblərdən 3-nün "Zəkalar" liseyini, 7-nin isə paytaxtın digər təhsil ocaqlarını təmsil etdiyini söylədi və I, II yerləri tutmuş şagirdlərin adlarını açıqladı. Qaliblərə pul mükafatları və hədiyyələr, o cümlədən riyaziyyat ensiklopediyaları və digər kitablar təqdim olundu. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov