Biləsuvar
Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş
Kazımovdan aldığımız məlumatda bildirilir ki,
mayın 31-də rayonun bütün orta məktəblərində
"Son zəng" yüksək səviyyədə keçirilib. Keçirilən
tədbirlərdə qeyd olunub ki, bu il rayon üzrə XI
sinfi bitirən 1033 şagirdin mərkəzləşdirilmiş
qaydada buraxılış imtahanı vermələri üçün onlara
hər cür şərait yaradılıb.
Artıq rayonda
imtahanlarla əlaqədar aparılan təşkilati işlər
də yekunlaşıb. O cümlədən, imtahan mərkəzlərinin
yeri, təhlükəsizliyi, tibb işçilərinin və digər
xidməti təşkilatların nümayəndələrinin imtahan
gedən mərkəzlərdə iştirakları planlaşdırılıb.
Ümidvarıq ki,
onbirincilər qarşıdan gələn buraxılış
imtahanlarını uğurla verəcəklər.
Ş.DAYANDUROĞLU |