Ən yaxşı müəllimlər

700 bal toplayanlar

Ən yaxşı məktəblər

Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

3 İyun 2011 - �21

 

Dördüncülərin şənliyi

 

Bu il ölkəmizdə ibtidai təhsil pilləsini başa vuran 10 minlərlə şagirdin arasında Bakıdakı 8 nömrəli tam orta məktəbin rus bölməsi üzrə IV "a" sinif şagirdləri də var. Onlar həyatlarındakı bu mühüm hadisəni mayın 25-də - Respublika günü ərəfəsində məktəbdə keçirdikləri bayram şənliyi ilə qeyd etdilər. Dördüncülər öz müəllimləri, "Ən yaxşı müəllim" müsabiqəsinin 2009-2010-cu tədris ili üzrə qalibi Jalə Zeynalovanın rəhbərliyi altında maraqlı bayram proqramı hazırlamışdılar və bir saat ərzində onu məharətlə təqdim etdilər.

Şənlikdə məktəbin direktoru Aytən Baxşıyeva, direktor müavini Sevinc Əliyeva və dördüncülərin valideynləri də iştirak edirdilər. Məşhur "Ələddinin sehirli çırağı" nağılının motivləri əsasında hazırlanmış  kompozisiya bir neçə şagirdin ifasında mahnı ilə başladı.

Şagirdlər nağılın personajlarına uyğun yaraşıqlı al-əlvan geyimlərdə idi. Uşaqların çıxış etdikləri səhnə də buna uyğun tərtib edilmişdi. Nağıldakı əhvalatlar uşaqlar tərəfindən məharətlə canlandırıldı. Eyni zamanda şagirdlər kompozisiya boyu vətənpərvərlik ruhlu şeirlər söylədilər, mahnılar, rəqslər ifa etdilər. Bayram tədbiri həm də bir növ onların 4 ildə bilik, bacarıq və vərdişlərə necə yiyələnmələrinin, istedad və qabiliyyətlərini necə inkişaf etdirmələrinin nümayişinə çevrildi və şagirdlər təhsilin növbəti pilləsinə mükəmməl hazırlıqla qədəm qoyduqlarını sübut etdilər.

Tədbirin sonunda dördüncülərin sinif müəllimi Jalə Zeynalova yetirmələrini ibtidai təhsil pilləsini başa vurmaları münasibəti ilə təbrik etdi. Ötən 4 il ərzində məktəbdə çox şey öyrəndiklərini, böyüdüklərini, biliklərin əsasları ilə bərabər zəruri həyati bacarıq və vərdişlər də qazandıqlarını, yaradıcı təfəkkürə yiyələndiklərini bildirən J.Zeynalova yetirmələrinə harada olurlarsa olsunlar, ilk müəllimlərini, ibtidai məktəb həyatını unutmamağı tövsiyə etdi, onlara təhsilin növbəti pilləsində uğurlar arzuladı.

Məktəbin direktoru Aytən Baxşıyeva, onun müavini Sevinc Əliyeva və valideynlər də şagirdləri, övladlarını məktəb həyatının ilk pilləsini başa vurmaları münasibəti ilə təbrik etdilər, onlara cansağlığı, xoşbəxtlik, təhsillərində uğurlar arzuladılar. Çıxışlarda 20 ildən çox pedaqoji təcrübəyə malik, çalışdığı bütün illərdə innovativ fəaliyyəti, yaradıcı axtarışları ilə fərqlənmiş, bir sıra öyrədici kursların iştirakçısı olmuş ibtidai sinif müəllimi Jalə Zeynalovanın zəhməti yüksək qiymətləndirildi, uşaqların bayram tədbirini olduqca maraqlı aparmaları qeyd olundu. Sonra mərasimin kövrək anları yaşandı: 4-cülər öz müəllimləri ilə vidalaşıb 4 ildə onlara göstərdiyi qayğıya və məhəbbətə görə ilk müəllimlərinə minnətdarlıq etdilər, gül dəstələri bağışladılar. 

Yusif ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov