Məktəbimizdə böyük ingilis şairi Vilyam
Şekspirin anadan olmasının 447 illiyi münasibəti
ilə ədəbi-bədii gecə keçirildi. Görkəmli ingilis
dramaturqu əsərlərində humanizm, həyatsevərlik
ideyalarını tərənnüm etmişdir.
Gecədə "Hamlet" faciəsindən "olum, ya ölüm"
monoloqundan bir hissə IX "c" sinif şagirdi
Kəmalə Məhərrəmli tərəfindən təqdim edildi.
Dramaturqun sonetlərini isə şagirdlər Nuranə
Şahbazlı, Nuranə Nəsirli, Dilarə Əliyeva,
Nuriyyə Hüseynzadə, Arzu Məmmədli, Leyla
Muradova söylədilər.
Gecə direktor Əlizadə İbrahimovun çıxışı ilə
sona yetdi. O, şairin həyat yolundan,
yaradıcılığından bəzi məqamları müəllim və
şagird kollektivinə çatdırdı, şagirdlərin bu cür
məharətlə iştirak etməsini alqışladığını
bildirdi.
Ellada SƏFƏROVA,
İmişli şəhər 7 nömrəli tam
orta məktəbin ingilis dili müəllimi |