|
|
|
Mendeleyevin dövri sisteminə 2 yeni element əlavə olunacaq |
|
|
|
Üçillik
yoxlamalardan sonra Beynəlxalq Nəzəri və Tətbiqi
Kimya Birliyi (IUPAC) 114 və 116 saylı
elementlərin uğurlu surətdə sintez olunması
faktını rəsmən elan edib. Tanınmış fizik və
kimyaçıların təmsil olunduğu qurum bu
elementlərin dövri sistemə əlavə olunmasına
razılıq verib. Hələlik rəsmi adları olmayan bu
elementler 114-cü və 116-cı elementlər kimi
tanınırlar. Onlar ən ağır elementlər hesab
olunurlar. Bu elementlərin atom çəkiləri müvafiq
olaraq 289 və 292-dir. Onların nüvələri də
yüksək qeyri-davamlılıqları ilə fərqlənirlər.
114-cü elementin sintezi barədə bir neçə elmi
tədqiqat institutu açıqlama verib. Onlardan
Dubna Birləşmiş Nüvə Tədqiqatları İnstitutunu və
Amerikanın Kaliforniya ştatındakı Lourens
Livermor Milli Komitəsini göstərmək olar.
Bu elementlər sıra nömrəsi 96 olan Kürinin
nüvəsinin kalsium nüvəsinin iştirakı ilə
bombalanması yolu ilə alınıb. İlk növbədə,
116-cı element alınıb, daha sonra isə bu
elementin alfa-dağılması nəticəsində 114-cü
element sintez olunub.
Rusiyalı fiziklər yeni elementləri məşhur sovet
fiziki, Nobel mükafatı laureatı Georgi Flerovun
şərəfinə "flerovium" və Moskva vilayətinin
şərəfinə "moskovium" adlandırmağı təklif edirlər.
|
|
|
|
|
|
|
|
|
BİZ
TORPAQLARIMIZA QAYIDACAĞIQ! |
XANKƏNDİ |
26.12.1991 |
XOCALI |
26.02.1992 |
ŞUŞA |
08.05.1992 |
LAÇIN |
18.05.1992 |
XOCAVƏND |
02.10.1992 |
KƏLBƏCƏR |
04.04.1993 |
AĞDƏRƏ |
07.07.1993 |
AĞDAM |
23.07.1993 |
CƏBRAYIL |
23.08.1993 |
FİZULİ |
23.08.1993 |
QUBADLI |
31.08.1993 |
ZƏNGİLAN |
29.10.1993 |
|
|
|
|
|
|
|