Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - �24

 

Rusiya Prezidenti Dmitri Medvedev MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayevaya "Dostluq ordeni" təqdim edib

 

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Rusiya Federasiyasının ali dövlət mükafatını - "Dostluq ordeni"ni təqdim etmişdir.

Rusiya ilə dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdikləri böyük töhfəyə görə əcnəbi vətəndaşlara Rusiyanın dövlət mükafatlarının təqdim olunmasına həsr edilmiş təntənəli mərasim Rusiya Prezidentinin Moskva yaxınlığındakı "Qorki" iqamətgahının Mavi zalında keçirilmişdir.

D.Medvedev qonaqları salamlayaraq qeyd etmişdir ki, bu zala toplaşan insanlar Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün çox iş görmüşlər. "Mən bu sözün ən geniş mənasında - həm iqtisadiyyat, həm də humanitar əlaqələr, mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tuturam. Çalışdığımız illər ərzində gördüyünüz bütün işlərə görə sizə ürəkdən təşəkkür etmək istərdim", - deyən Rusiya Prezidenti bildirmişdir ki, bir məqam xüsusilə fərəh doğurur, bu insanlar üçün Rusiya ilə işləmək onların taleyinin bir hissəsinə çevrilmişdir.   Bunun böyük əhəmiyyəti ondadır ki, ölkələrimiz arasında münasibətlər ən əlverişli ssenari üzrə inkişaf etmişdir.

Bununla əlaqədar D.Medvedev demişdir: "Siz çox müxtəlif ölkələri təmsil edirsiniz. Bizim dövlətimiz - Rusiya Federasiyası həmin ölkələrlə inkişaf etmiş konstruktiv, mehriban qonşuluq münasibətləri saxlayır və heç şübhəsiz, bu mehriban münasibətlərdə sizin əməyinizin bir hissəsi vardır".

Dmitri Medvedev giriş nitqindən sonra "Dostluq ordeni"ni professor Nərgiz Paşayevaya təqdim etmişdir.

Professor Nərgiz Paşayeva Rusiyanın ali dövlət mükafatı ilə təltif edilməsinə, ona göstərilmiş yüksək etimada və fəaliyyətinin qiymətləndirilməsinə görə Prezident Dmitri Medvedevə dərin təşəkkürünü və minnətdarlığını bildirmişdir.

Nərgiz xanım Paşayeva demişdir: - Cənab Prezident, Sizin göstərdiyiniz diqqət və dəstək bizi ruhlandırır və belə bir inam hissi aşılayır ki, sən, həqiqətən, nə isə faydalı və mühüm iş görürsən. "Dostluq ordeni" ali, gözəl məna və əhəmiyyətə malik olan xüsusi mükafatdır. Çünki ən yaxşı arzular və ümidlər dostluqda yaranır. Biz sülhü məhz dostluqda axtarırıq və bunun naminə özümüzdə olan ən yaxşı cəhətləri səfərbər edirik. Bu gün dünya partlayış təhlükəsi ilə üz-üzədir. Lakin yer üzündə müxtəlif millətlərə, məzhəblərə, peşələrə mənsub olan milyonlarla insan yaşayır. Onlar həyata inanırlar. Onlar həm də dostluq, sülh, humanizm ideallarına sadiqdirlər. Onlar ümummilli və ümumbəşəri mədəniyyətin qorunub saxlanması və birləşməsi naminə öz nurlu qəlbinin bir hissəsini, öz qüvvələrini, öz əməklərini, öz istedadlarını verirlər. Rusiya torpağında bu cür insanlar, bu cür şəxsiyyətlər həmişə çox olmuşdur. Böyük rus mədəniyyəti həmişə bu cür insanlarla zəngin olmuşdur. Qüdrətli və əzəmətli rus mədəniyyəti dünyanın bir sıra xalqlarının, bir sıra mədəniyyətlərinin bəhrələnmiş olduğu, bəhrələndiyi və bəhrələnəcəyi tükənməz bir çaya, çeşməyə - canı, ruhu olan bir çeşməyə oxşayır.

Mən xoşbəxtəm və fəxr edirəm ki, MDU-nun Bakı filialının rəhbəri kimi, bir vətəndaş kimi ictimaiyyətə xidmət sahəsində fəaliyyətimlə böyük rus mədəniyyətini təmsil və təbliğ edə bilirəm. Bədii-estetik fikrə, rus fikrinə xas olan intellektin, müdrikliyin, gözəlliyin, insansevərliyin, alovlu qəlbin, məftun ruhun heyrətamiz vəhdəti və sintezi bu mədəniyyəti bütün dünyada bənzərsiz və təkrarsız edir.

Azərbaycan-Rusiya tarixi-mədəni əlaqələrinin dərin və qırılmaz kökləri vardır. Qoy inkişaf etməkdə olan bu mədəni əlaqələr həmişə möhkəmlənsin və genişlənsin. Çünki məhz mədəni əlaqələr xalqları ucaldır və yaxınlaşdırır, onları daha möhkəm edir və nəticə etibarilə insanları və xalqları birliyə gətirib çıxara bilər. Dahi Puşkin vaxtilə belə vəsiyyət etmişdi: "Ey xalqlar, çəkişmələri unudun, vahid ailədə birləşin". Qoy yer üzündə sülh olsun, xalqlarımıza, bir-birinə yaxşılıq, sülh və xoşbəxtlik arzulayan yer üzünün bütün insanlarına tale yar olsun.

***

"Dostluq ordeni" ilə təltif edilənlər arasında "Qazprom" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının üzvü Burkhard Berqman (Almaniya), Rusiyadakı Amerika Ticarət Palatasının prezidenti Endrü Somers (ABŞ), "Knyaz Dmitri Romanovun xeyriyyə fondu"nun sədri Dmitri Romanov (Danimarka Krallığı), Vyetnam Sosialist Respublikası Milli Məclisinin mədəniyyət, təhsil və gənclərin işləri üzrə komissiyasının sədri Çonq Thi Dao, "Capen Tabakko İnternəşnl" şirkətinin prezidenti Pyer De Labuşer (Fransa) də vardır.

D.Medvedev Monqolustan nümayəndəsini "Şərəf" ordeni ilə, Livan və Serbiya nümayəndələrini "Puşkin medalı" ilə təltif etmişdir.

Sonda D.Medvedev demişdir ki, zalda toplaşmış bu cür görkəmli və istedadlı insanlara mükafatlar təqdim etməkdən böyük sevinc duyur. "Sizdən bizim ölkəmiz haqqında xoş rəylər, sizin təmsil etdiyiniz ən müxtəlif ölkələr arasında münasibətlərin hərtərəfli möhkəmlənməsinin zəruri olması barədə fikirlər eşitmək mənə xoş idi", - deyən RF Prezidenti vurğulamışdır ki, praktiki olaraq hər bir dövlətdə həmişə onun öz problemləri olur, lakin biz həmin problemləri sizin öz proqramlarınız çərçivəsində göstərdiyiniz dəstəyin köməyi ilə və ya sadəcə, hər gün fədakarlıq göstərərək həyata keçirdiyiniz bu cür aktiv fəaliyyət sayəsində - öz sənətinizə, öz peşənizə xidmət edəndə, biz həmin problemləri həll etməyə çalışanda, bax bu vəziyyətdə başa düşürük ki, bəşəriyyətin gələcəyi yaxşı olmalıdır.

Rəsmi hissədən sonra Dmitri Medvedev və mərasim iştirakçıları xatirə şəkli çəkdirmişlər.

***

Nərgiz Paşayeva Azərbaycan KİV-lərinə müsahibəsində bu hadisənin əhəmiyyətini qiymətləndirərək demişdir: "Bu, mənim həyatımda, taleyimdə xüsusi bir gündür. Bu, mənim təltif edildiyim ilk dövlət mükafatıdır və mərasim çox yaxşı, gözəl keçdi. Mən fəxr edirəm və xoşbəxtəm ki, Azərbaycan və Rusiya mədəniyyətlərarası münasibətlərinin tarixinə müəyyən töhfə verə bilirəm. Ümid edirəm ki, məhz mədəni əlaqələr sayəsində yer üzündə insanlar, xalqlar bir-birinə yaxın olacaqlar. Biz, bunda marağı olan, buna ruhunu və qəlbini sərf edən insanlar bu gün, indi edə biləcəyimiz işləri gələcək nəslin çiyninə qoymayacağıq".  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov