Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - �24

 

Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 2102 müraciət daxil olub

 

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı: [email protected]) 2011-ci ilin may ayında 2102 müraciət daxil olub.

Müraciətlərin 1922-si telefonla, 180-i elektron poçt vasitəsi ilə qəbul edilib. Müraciətlərin böyük hissəsi (1875 müraciət) sorğu və məlumat, 227-si isə şikayət xarakterlidir. Şikayət xarakterli müraciətlərin əksər hissəsi ümumtəhsil məktəblərindən, bir qismi məktəbəqədər təhsil, ali və orta ixtisas təhsili, məktəbdənkənar tərbiyə, texniki peşə təhsili müəssisələrindən daxil olub.

Sorğu xarakterli müraciətlər ölkədaxili və beynəlxalq olimpiadalar, xaricdə təhsil, əlavə təhsil, ümumtəhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili sistemində yeni qiymətləndirmə sistemi, təhsil sənədlərinin alınması, nostrifikasiyası, buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi, təhsil müəssisələrinə, xüsusilə ümumtəhsil məktəblərinə vakant yerlərə müəllimlərin müsabiqə yolu ilə işə qəbulu qaydaları, növbəti dərs ilində birinci siniflərə şagird qəbulu, müəllimlərin dərs yükü normaları ilə əlaqədardır. Bütün bu sorğular "Qaynar xətt" xidmətinin növbətçi əməkdaşları tərəfindən qeydə alınıb və cavablandırılmaqla həllini tapıb.

Ötən ay ümumtəhsil məktəbləri üzrə Bakıdan 66, Sumqayıtdan 8, Gəncədən 2, Mingəçevirdən 1, Abşerondan 12, Füzulidən 6, Goranboy, Qəbələ, Şəki və Lerik rayonlarının hər birindən 5, Qazax, Tovuz, Gədəbəy və Zaqatala rayonlarının hər birindən 4, Siyəzən, Daşkəsən, Tərtər, Şəmkir, Ağcabədi, İsmayıllı, Masallı, Yevlax rayonlarının hər birindən 3, İmişli, Xaçmaz, Cəlilabad, Kəlbəcər, Şəmkir, Ağcabədi, Biləsuvar, Zəngilan, Yardımlı, Xızı, Laçın, Qusar rayonlarının hər birindən 1 şikayət məzmunlu müraciət daxil olub.

Ümumtəhsil məktəbləri ilə bağlı şikayətlərin əsas hissəsini məktəb direktorlarının idarəetmədə yol verdiyi nöqsanlar, məktəblərdə fond pulu toplanması, dərs bölgüsündən narazılıq, buraxılış imtahanları ilə əlaqədar vərəqələrin paylanması, bir sıra məktəblərdə tədrisin keyfiyyətsiz təşkili, müəllimlərin əməkhaqlarından qanunsuz tutulmalar, məzuniyyətin düzgün hesablanmaması, maaşların gecikdirilməsi ilə əlaqədar məsələlər təşkil edib.

Müvafiq araşdırma zamanı yenə də xeyli sayda müraciətdə ad, soyad və telefon nömrələrinin qeyri-dəqiq olduğu aşkarlanıb, müraciətlərin böyük bir qismində qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar "Qaynar xətt"ə edilmiş 12 müraciətin 6-sı Bakı, 2-si Sumqayıt şəhərlərindən, 3-ü Abşeron, 1-i Şabran rayonlarından olub. Bu müraciətlərdə uşaq bağçalarına qəbul, uşaqlara verilən yeməklərin keyfiyyəti, bağçadan-bağçaya köçürülmə və digər mövzularda valideynləri narahat edən məsələlər əksini tapıb.

May ayında məktəbdənkənar tərbiyə müəssisələrindən 1 şikayət məzmunlu müraciət qəbul edilib və müvafiq qaydada araşdırılıb.

"Qaynar xətt" xidmətinə texniki peşə təhsili müəssisəsi ilə əlaqədar 9, internat-məktəblər ilə bağlı 3 müraciət daxil olub. Müraciətlərdə şagirdlərin təqaüdünün gecikdirilməsi, şagird qəbulu, internat-məktəblərdə təhsilin səviyyəsinin aşağı olması, dərsliklərin verilməməsi və digər məsələlərə toxunulub.

 Dövlət ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı 19, özəl ali təhsil müəssisələri ilə əlaqədar 2 müraciət daxil olub. Dövlət ali və orta ixtisas təhsili müəssisələrindən daxil olmuş şikayətlərdə əsasən, təhsil sənədlərinin gecikdirilməsi, imtahanlarla əlaqədar sualların qabaqcadan verilməməsi, təhsil haqqının ödənilməsi, diplomun gecikdirilməsi və başqa məsələlərlə bağlı problemlər əksini tapıb. Özəl ali təhsil müəssisələrindən daxil olmuş hər 2 müraciət Odlar Yurdu Universitetində diplom üçün rüsum tələb olunması barədədir.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov