Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - �24

 

Kiçik elmdən böyük elmə aparan yol

 

Intel ISEF (Intel International Science and Engineering Fair) - Beynəlxalq Elm və Mühəndislik Sərgisi - ildə bir dəfə ABŞ-da keçirilən şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir. Bu, dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan ən iri müsabiqədir.  Müsabiqənin əsas təşkilatçısı və sponsoru Intel korporasiyasıdır.

Intel - hesablama texnikası üçün innovativ işləmələr sahəsində dünya lideridir. Korporasiyanın mütəxəssisləri tərəfindən dünyada istehsal olunan kompüter və hesablayıcı avadanlıqların əsasını təşkil edən yüksək texnoloji məhsullar yaradılır.

Intel müasir texnologiyalardan istifadə edərək təhsilin səmərəliliyinin və tədrisin səviyyəsinin yüksəldilməsinə yönəldilmiş təhsil proqramlarını yaradır və dəstəkləyir, yeni texnologiyalar və texniki ixtisaslar haqqında məlumatlara yol açır.

Intel ISEF müsabiqəsi Intel korporasiyasının təhsil sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biridir. Intel həmçinin müəllimlərin ixtisasartırmasına da dəstək verir və hər il öz əməkdaşlarını könüllü işlərə cəlb edir. Son 10 il ərzində Intel və Intel Foundation təhsil sahəsinə 1 milyard dollar investisiya yatırmış, korporasiyanın əməkdaşları isə 60-dan artıq ölkədə aparılan ictimai işlərə təxminən 3 milyon saat sərf etmişlər.

Intel ISEF müsabiqəsi 1950-ci ildən başlayaraq Society for Science and the Public (Cəmiyyət elm və ictimaiyyət üçün) qeyri-kommersiya təşkilatının himayəsi altında keçirilir. 1997-ci ildən etibarən Intel korporasiyası ISEF-in baş sponsoru kimi bu müsabiqəni özünün Intel "Təhsildə novatorluq" korporativ proqramı çərçivəsində, habelə Intel Foundation Xeyriyyə Fondunun dəstəyi ilə təşkil edir.

Intel ISEF və digər təhsil proqramlarının köməyi ilə Intel korporasiyası bütün dünyada uşaqların savadının yüksəldilməsinə və onların müxtəlif elmlərə, o cümlədən riyaziyyata və mühəndisliyə maraqlarının artırılmasına kömək etməyə çalışır.

Intel ISEF müsabiqəsinin keçirilməsi şagirdlərin elm və texnika sahəsində yaradıcılıq potensialının yüksəlməsini təmin edir, eyni zamanda "Məktəb - ali təhsil müəssisəsi - doktorantura" triadası çərçivəsində fasiləsiz professional hazırlıq sisteminin təkmilləşdirilməsinə səbəb olur. Müxtəlif ölkələrdə müsabiqələrin  keçirilməsinə və məktəblərdə şagirdlər tərəfindən tədqiqatların aparılmasına ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı cəlb olunur ki, bu da elmin bir peşə kimi populyarlaşmasına xidmət edir.

Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan müsabiqənin 550-dən artıq qalibi qatılır. Son illər Intel ISEF beynəlxalq müsabiqəsində öz elmi layihələrini nümayiş etdirmək istəyən şagirdlərin sayı xeyli artmışdır. Bu da elmtutumlu tədqiqatlara şagirdlərin marağının artmasını əks etdirir. Müsabiqədə iştirak edən ölkələrin də sayı artır, coğrafiyası genişlənir. Belə ki, əgər 2006-cı ildə bu müsabiqədə 47 ölkə, 2009-cu ildə 51 ölkə iştirak etmişdisə, 2011-ci ildə ölkələrin sayı 65-ə çatmışdır. Hər il Intel ISEF müsabiqəsinə yeni ölkələr qatılır. İştirakçıların sayı artdıqca şagirdlər arasında mübarizə gərginliyi də artır. 

Bu yarışmada şagirdlər üçün əsas iş yalnız mükafat qazanmaq deyil. Intel ISEF müsabiqəsində şagirdlər onları maraqlandıran sahələrdə çalışan dünya şöhrətli alim və görkəmli mühəndislərlə ünsiyyətdə ola bilir, onlara sual vermək və apardıqları tədqiqatların perspektivləri barədə daha çox məlumat əldə etmək kimi unikal bir fürsət qazanırlar. ISEF-də qazanılmış kiçik elmi nailiyyətlər bir çoxlarını böyük elmə gətirib çıxarır.

Maraqlı bir fakt: Intel ISEF-in 20-dən çox qalibi sonralar Nobel mükafatı laureatı, 3 qalibi isə riyaziyyat sahəsində ən yüksək mükafat sayılan Filds mükafatı laureatı olmuşdur. Intel korporasiyasının direktorlar şurasının sədri Kreyq Barret deyir: "Intel ISEF şagirdləri yaşadığımız dünyanın tədqiqinə sövq edir. Müsabiqə qaliblərinin uğurları adamı heyrətləndirməyə bilməz. İnanıram ki, gənc alim və mühəndislərin yeni nəsli səhiyyənin daha da inkişaf etməsinə, ətraf mühitin mühafizəsinə öz töhfələrini verəcək və dünyanı dəyişdirən inqilabi texnologiyalar yarada biləcək".

Müxtəlif ölkələrdə Intel ISEF müsabiqəsinə seçim turunun düzgün təşkil edilməsi və bu işin səmərəliliyinin artırılması məqsədilə hər il müsabiqə ilə eyni vaxtda Intel Təlim Akademiyası fəaliyyət göstərir. Akademiyanın dinləyiciləri milli müsabiqələrin keçirilməsi barədə müxtəlif ölkələrin təcrübəsi ilə tanış olur, fikir mübadiləsi aparmaq imkanı əldə edirlər. Burada müxtəlif elm adamları, ISEF-in keçmiş qalibləri və digər maraqlı şəxslərlə görüşlər təşkil olunur. Akademiyaya ilk dəfə dəvət olunan ölkələrin nümayəndələrinə milli müsabiqələrin hazırlanması və keçirilməsinə dair tövsiyələr verilir, bu sahədə fəaliyyət planının tərtib olunmasına yardım göstərilir. 

2011-ci ilin 9-13 may tarixlərində Intel ISEF-in növbəti 62-ci müsabiqəsi ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) təşkil edilmişdi. Müsabiqədə 65 ölkədə keçirilmiş 443 seçim müsabiqəsinin qalibləri olan 1500-dən çox finalçı şagird iştirak edirdi. Avropa, Yaxın Şərq və Afrika regionunun 33 ölkəsindən müsabiqəyə 198 şagird qatılmışdı. MDB-yə üzv olan dövlətlərdən Rusiya Federasiyası, Ukrayna, Belarus və Qazaxıstanın şagirdləri öz layihələri ilə iştirak edirdilər.

Birinci gün "Los Angeles Convention Center" adlanan məkanda təntənəli açılış mərasimi keçirildi. Açılışda finalçı şagirdlər, Intelin əməkdaşları, media nümayəndələri, müxtəlif ölkələrdən gəlmiş alimlər, o cümlədən 7 nəfər Nobel mükafatı laureatı (Pol Berq, Miçel Bişop, Martin Çalfi, Dadli Xerşbax, Robert Horvits, Duqlas Oşerov, Riçard Roberts) Intelin Təlim Akademiyasının dinləyiciləri və digər qonaqlar iştirak edirdilər. Intel ISEF 2011-in finalçılarını DreamWorks Animation studiyasının icraçı direktoru Ceffri Katzenberq salamladı.

Sonra "Society for Science and the Public"ın prezidenti Elizabet Marinkola çıxış etdi. O dedi ki, yuxarı sinif şagirdlərinin müsabiqəsi olan Intel ISEF elə bir meydançadır ki, buraya dünyanın hər bir yerində yaşayan ən yaxşı gənc alimlər öz işlərini və müasir elmi layihələrini təqdim edə bilərlər. Artıq 62-ci ildir ki, bu müsabiqə bizim ümumi gələcəyimizi təmin edərək gənc alimlərə dünyanın aktual problemləri ilə üz-üzə durmaqda və onların həll yollarını tapmaqda kömək edir". 

Mayın 12-də "Los Angeles Convention Center"də Açıq Qapı Günü keçirildi. Həmin gün qonaqlar və jurnalistlər finalçıların layihələri ilə tanış oldular. Müsabiqəyə təqdim olunan layihələr arasında zəlzələnin proqnozlaşdırılması, hovuzların neft ləkələrindən təmizlənməsi, sunami daxil olmaqla, təbii fəlakətlərə qarşı mübarizə sistemi, eləcə də Altsgeymer xəstəliyi, kimyaterapiyanın yeni növləri və digər aktual məsələlərə həsr olunmuş çoxlu sayda maraqlı layihələr vardı.

Layihələr müsabiqənin şərtlərinə uyğun hazırlanmışdı: onlar müvafiq sahə üzrə alimlərdən və ya müəllimlərdən birinin elmi rəhbərliyi ilə yerinə yetirilmiş, elmi cəhətdən əsaslandırılmışdı; aparılan işin praktiki əhəmiyyəti əks olunmuş və alınan nəticələrin istifadəsinə dair tövsiyələr verilmişdi. Layihələrdən görünürdü ki, bir çox iştirakçıların ölkələrindəki müxtəlif müəssisələrin elmi avadanlıqlarından istifadə etmək imkanı olmuşdu. ISEF-dəki təqdimatlar elmi konfranslardakı stend çıxışlarına bənzəyirdi. Maraqlananlara işin xülasəsi verilirdi. İştirakçılar öz işləri haqqında böyük həvəslə danışırdılar.

Bu il layihələr 17 kateqoriya üzrə qiymətləndirilirdi (dəqiq, təbiət elmləri və mühəndislik üstünlük təşkil edirdi, humanitar elmlərdən sosial elmlər təmsil olunmuşdu). Intel ISEF müsabiqəsinə təqdim olunan layihələri qiymətləndirmək məqsədilə dünyanın müxtəlif ölkələrindən hakim qismində 1000-ə yaxın alim dəvət olunmuşdu. Hakimlər hər bir iştirakçı ilə müsahibənin aparılmasına 15 dəqiqə vaxt ayırırdılar. Müsabiqənin tələblərinə görə həmin gün iştirakçılar rəsmi geyimdə olmalı və öz layihələrini ingilis dilində təqdim etməlidirlər.

Mayın 13-də qaliblərin mükafatlandırma mərasimi "Los Angeles Convention Center"də media nümayəndələrinin iştirakı ilə keçirildi.

75.000 ABŞ dolları məbləğində olan əsas mükafat Qordon Mur mükafatı adlanırdı. Bu mükafat Intel Foundation tərəfindən Intel korporasiyasının əsasını qoyan və onun keçmiş rəhbərlərindən biri olan insanın şərəfinə təsis edilmişdir.

Qordon Mur mükafatına xərçəng xəstəlikləri ilə mübarizədə daha səmərəli və nisbətən ucuz metoda həsr edilmiş layihənin müəllifləri Metyu Fedderson və Bleyk Marqraff (Kaliforniya ştatının Lafayett şəhəri) layiq görüldülər. Apardıqları tədqiqat nəticəsində onlar müəyyən ediblər ki, xərçəng şişinin şualanma nahiyəsinin yaxınlığında metal plastina yerləşdiriləndə bu xəstəliklə mübarizə daha səmərəli olur.

Intel Foundation tərəfindən - Intel Foundation Young Scientist Avards (Ən yaxşı gənc alimlər üçün mükafatlar) - təsis edilmiş və hər biri 50.000 ABŞ dolları məbləğində olan iki mükafat Teylor Vilsona (Nevada ştatının Reno şəhəri) və Tailanddan gələn 3 nəfərdən ibarət komandaya təqdim olundu.  

 Intel Best of Cateqory Avards (Kateqoriyalar üzrə ən yaxşı mükafatlar) mükafatı hər biri 5.000 ABŞ dolları məbləğində olmaqla 17 kateqoriya üzrə qaliblərə təqdim olundu. Bundan əlavə, həmin şagirdlərin təhsil aldığı məktəblərə və onların seçimini həyata keçirən milli müsabiqəyə Intel tərəfindən 1.000 ABŞ dolları ayrıldı.

2011-ci il üçün Intel ISEF-in ümumi mükafat fondu 4 milyon dollar təşkil edirdi. Intel Foundation mükafatlarından əlavə, müxtəlif elmi təşkilatların, dövlət müəssisələrinin və kommersiya strukturlarının da müxtəlif prizləri təqdim olundu (600-dən artıq layihənin müəllifi mükafatlandırıldı).

Beləliklə, bu möhtəşəm tədbir başa çatdı.

Yuxarıda qeyd olunduğu kimi, Intel ISEF müsabiqəsinə qatılan ölkələrin sayı ildən-ilə artmaqdadır. MDB-yə üzv ölkələrdən bu müsabiqəyə ilk olaraq Rusiya Federasiyası 1998-ci ildə qatılmışdır. Hazırda Intel ISEF müsabiqəsində Qazaxıstan, Ukrayna və Belarus respublikaları da fəal iştirak edirlər.  

Bu nüfuzlu müsabiqə bütün dünya üçün aktual olduğu kimi, Azərbaycan üçün də aktual və əhəmiyyətlidir. Təhsil sahəsində aparılan islahatlar, orta ümumi təhsil müəssisələrində tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilmişdir. Bu gün Azərbaycan məktəblərində  tədqiqatlar aparmağa, yeni informasiya texnologiyalarından istifadə etməyə geniş imkanlar yaradılır. Orta ümumi təhsil müəssisələrində Kiçik Akademiyalar fəaliyyət göstərir, həmin akademiyalar çərçivəsində elmi konfranslar keçirilir. Bu işlərin aparılmasında əsas məqsəd şagirdlərə kiçik yaşlarından elmi vərdişlər aşılamaq, onları yeni elmi axtarışlara, ətraf mühiti yaxşılığa doğru dəyişdirməyə sövq etməkdən ibarətdir.

Bütün bunlar imkan verir ki, ölkəmizin ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında elm və mühəndislik sahəsində biz də milli müsabiqə keçirək və həmin müsabiqənin qalibləri sırasından ən layiqlilərini seçərək Intel ISEF müsabiqəsinə göndərək. Əlbəttə, bu işdə həm ümumi təhsil müəssisələrinin müəllim kollektivləri, həm də ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında çalışan alimlər öz töhfələrini verməlidirlər.

Ümidvaram ki, bu işə ölkəmizin pedaqoji və elmi ictimaiyyəti tərəfindən maraq get-gedə artacaq.  

Gültəkin HÜSEYNOVA,
Təhsil Nazirliyinin Elm
şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov