Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - �24

 

Astara Pedaqoji Kollecində elmi-praktik konfrans

 

Astara Pedaqoji Kollecində "Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Elmi-praktik konfransa rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilat, inzibati-hüquq orqanlarının rəhbərləri, təhsil işçiləri, ziyalılar, valideynlər, ictimaiyyətin nümayəndələri dəvət olunmuşdular.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və konfrans iştirakçıları əvvəlcə ümummilli liderin guşəsi önünə gül dəstələri düzmüş, sonra istedadlı tələbələrin əl işlərindən hazırlanmış sərgi ilə tanış olmuşlar.

Konfrans kollecin akt zalında öz işinə başlamışdır. Kollecin direktoru, fəlsəfə doktoru, dosent, respublikanın əməkdar müəllimi Əlihəsən Həmzəyev tədbiri giriş sözü ilə açmış, 1993-cü ilin iyun hadisələri, AXC-Müsavat iqtidarının səriştəsizliyi nəticəsində yaranmış xaos vəziyyəti və bu ağrılı zamanda ulu öndər Heydər Əliyevin Bakıya gəlişinin qurtuluşun başlanğıcı kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını xüsusilə vurğulamışdır.

Ümummilli liderin ölkəmizdə gənclərə və təhsilin inkişafına xüsusi qayğı göstərdiyini qeyd edən Ə.Həmzəyev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu kursu qətiyyətlə davam etdirdiyini bildirmişdir. Kollecin direktoru təhsil sahəsində qazanılmış uğurlardan danışmış, pedaqoji kollektivin və tələbələrin ümummilli liderin ideyalarına, zəngin nəzəri irsinə daim sadiq olduqlarını diqqətə çatdırmışdır.

Sonra kollecin tarix müəllimi Ruslan Əliyev "Qurtuluşa gedən yol", Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Hüseynova "Qurtuluş günü - xalqımızın xilas günüdür" mövzularında məruzə etmişlər.

Astara Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Natiq İbadov, rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev,  kollecin müəllimlərindən Möhübbət Eyvazov, Xalid Məmmədov, Nigar Məmmədova, tələbələrdən Əhliman Müqəddəsov və Nazənin Hüseynzadə tədbirdə çıxış etmiş, Azərbaycan dövlətinin qurucusu və banisi Heydər Əliyevin tarixi xidmətlərindən bəhs etmişlər.

Sonra kollecin tələbələrindən ibarət musiqi qruplarının iştirakı ilə bayram konserti nümayiş olunmuşdur.  

Azad ABDULLAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov