Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - �24

 

Mənim müəllimlərim

 

Mənim uşaqlığım rəngarəng hadisələrlə zəngindir. Bunların bəzilərini oxuculara çatdırmaq fikrinə düşməyim mənim yetişməyimdə əvəzsiz rolu olan müəllimlərimlə onları tanış etmək niyyətimlə bağlıdır.

Mənimlə orta və ali məktəblərdə təhsil alan yoldaşlarım etiraf edərlər ki, mən bütün fənlərə eyni münasibət bəslədiyimdən istənilən ali məktəbin istənilən ixtisasına qəbul oluna bilərdim. Müəllimlərim məndə müəllimliyə o qədər həvəs yaratmışdılar ki, bu həvəs məni fizika müəllimliyi ixtisasını seçməyə sövq etdi.

Bu istiqamətdə məni yönəldən bu elmin dünyəvi olmasıdır. Fizika dünyanın  bütün ölkələrində eyni qanunları ilə öyrənilir. Əgər təsəvvür etsək ki, fizika qanunlarından istifadə olunmur, onda dünyanın mənzərəsi necə olardı? Cavab  çox sadədir. Həyat dözülməz görünərdi.

Mən Böyük Vətən müharibəsinin sonuncu ilində məktəbə getmişəm. Yadımdadır, soyadımı atamın soyadı kimi yazmışdılar. Mən təkidlə Adilov familiyasını Vahidova dəyişməyə nail oldum, özü də sol əllə yazmağa başladım. Beşinci sinfə kimi sol əllə yazdım. Beşinci sinifdə çox hörmət etdiyim Baloğlan müəllim mənim yaxşı oxumağımı deməklə yanaşı həm də dedi ki, sağ əllə yazsaydın daha yaxşı olardı. Mən müəllimimin sözünü yerə salmayıb, hüsnxətt alaraq hər gün bir hərf yazmaqla sağ əllə də yazmağı öyrəndim və həmin vaxtdan başlayaraq hər iki əlimlə yazıram. Məhz buna görə həmin müəllimin ruhuna indi də dua oxuyuram.

V-VII siniflərdə riyaziyyatı mərhum Səməd Azadovdan öyrəndim. Rayonda müəllim işlədiyim son iki ili mən əvvəllər təhsil aldığım Kürdəmir dəmiryol orta məktəbində Səməd müəllimin direktor olduğu təhsil ocağında fəaliyyət göstərdim. O, həmişə mənimlə fəxr etdiyini söyləyirdi.

Mən məktəbin VII sinfini tərifnamə ilə bitirib, Göyçay Pedaqoji Məktəbinə ərizə verdim. İmtahansız qəbul olunmaq ümidində ikən mənim ərizəmi qəbul etmədilər və dedilər ki, sənin boyun çox balacadır. Səndən müəllim olmaz. Mən çox pərişan halda otaqdan çıxarkən bir nəfər məndən kvadrat tənliyi, bikvadrat tənliyi, irrasional ədədi soruşdu, mən cavab verdiyimə görə o, mənim sənədlərimi qeydə aldırdı, bu şərtlə ki, mən yeddi imtahan verməli oldum.

İmtahanları təkcə rus dilindən dörd, qalanlardan beş olmaqla verib pedməktəbə qəbul olundum.

Öyrəndim ki, məni boyuma görə pedməktəbə götürmək istəməyən partiya katibi İlyas Şəfiyev, sənədlərimi qəbul etdirən isə riyaziyyat müəllimi Sultanmurad Məmmədzadə imiş.

Bir həftə sonra 45 nəfər əlaçı qəbul olunanları bir auditoriyaya yığıb ifadə yazı keçirdilər, nədənsə mən də onlarla ifadə yazdım. Bir neçə gün keçdikdən sonra ifadə yazanları bir auditoriyaya topladılar və məni qarşıya çağırıb, bir stula çıxmağımı təklif etdilər. İlyas müəllim üzünü onlara tutaraq: "Təkcə pedməktəbə götürmək istəmədiyim bu kiçik boylu uşaqdan başqa heç biriniz "əla" qiymət almamısınız", - dedi. 

Həmin gündən o müəllimin mənə münasibəti dəyişdi. Komsomol təşkilatına seçkidə o, məni büronun tərkibinə təklif etdi. Təşkilatın rəhbərliyinin seçkisində isə o məni pedməktəb komsomol komitəsinin katibliyinə məsləhət bildi və mən katib seçilməklə respublika komsomolunun qurultayına nümayəndə seçildim.

Maraqlı idi, dünən boyuma görə məni pedməktəbə yaxın qoymaq istəməyən İlyas müəllim bu gün mənim qızğın tərəfdarım oldu. Səbəb nə idi? Əlbəttə, o balaca boylu uşağın biliyi idi.

 Bizim mənəvi tərbiyəmiz bədii kitablarla formalaşırdı. Məhz buna görə ən tənbəl  şagird il ərzində ən azı iki-üç kitab oxuyur, kitab müzakirələrində iştirak edirdi. İndi radio, televiziya, video, kompüter, mobil telefonlar həyata daxil olmaqla  kitabı bir növ sıxışdırıb, filmlərə əksər hallarda televiziyada mahiyyət və məzmunca tərbiyəyə müsbət təsir etmək gücündə olmayan seriallar şəklində baxılır.

Çox keçmişdə qalsa da bizim Şövqi Ağayev, İlyas Şəfiyev, Zəki Kazımzadə, Mehdi Mehdizadə, Mərdan Muradxanov, Əhməd Seyidov, Abasqulu Abaszadə, Mühidin Bağırlı, Akif Süleymanov, Xanməmməd Mirzəyev kimi örnək olan müəllimlərimiz olub.

Yadımdadır, biz tənəffüslərdə Şövqi Ağayevi rahat buraxmırdıq, Mərdan müəllimi, Mehdi müəllimi səbirsizliklə gözləyirdik. Bizim müəllimlərimiz müəllim adına layiq olan, müəllimliyi sevərək onu peşə seçmiş insanlar idilər.

Yadımdadır, aspirant kimi mən Moskva və Leninqrad şəhərlərinə gedəndə Zəki müəllim mənə məsləhət verdikdən sonra pul da verdi.

Yadımda olan bir hadisə də oxucu üçün maraqlı olar. Məni istəmədiyim halda  məktəb direktoru göndərirdilər. Ümid edirdim ki, yalnız bir il işlədiyimə görə məni bu vəzifəyə qoymazlar. O vaxt rayon partiya komitəsi və maarif müdiri mənim məktəb direktoru olmağımı təkid edirdilər.

Mehdi müəllim sənədlərimə baxdı, maarif müdiri ilə telefonla danışdı, sonra təhsil aldığım ali məktəbdə buraxılış zamanı mənə verilən xasiyyətnaməni tələb  etdi. Xasiyyətnamədə nə yazılmışdısa, o mənə dedi ki, təəssüf, sənin istəyini yerinə yetirə bilmərəm, ancaq direktor kimi səni təbrik edirəm.

Mehdi müəllimin əsl təhsil adamı olmağını mən fizika-riyaziyyat təmayüllü məktəbdə dərsimi dinləyərkən bir daha yəqin etdim. Dərsi dinlədikdən sonra o məni yanına çağırıb təbrik etdi və nəyə ehtiyacımın olduğunu soruşdu. Mənim istəyimlə nazirlik mənə bir fizika kabineti, avadanlıq və cihazlarını bağışladı.

Demə, Mehdi müəllim dərsimi dinləyərkən "Azərbaycan müəllimi" qəzetinin fotomüxbiri dərsdən fraqmentlər çəkibmiş. Sonrakı gün qəzetdə o vaxt mənim dərs dediyim, indi Neft Akademiyasının müəllimi olan M.Musayevlə təcrübə apardığımız anın şəkli verilmişdi. 

Tacəddin VAHİDOV,
pedaqoji elmlər üzrə fəlsəfə doktoru, respublikanın 
qabaqcıl təhsil işçisi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov