Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

23 İyun 2011 - �24

 

Uşaqların yay istirahəti maraqlı təşkil olunur

 

Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin səmərəli təşkili hər zaman Səbail Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Hər il olduğu kimi, bu il də rayonda yaşayan uşaq və yeniyetmələrin yay istirahəti ilə bağlı müxtəlif tədbirlərin təşkil edilməsi nəzərdə tutulmuşdur.

Yay  tətili günlərində məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, istirahət müddətində bilik səviyyələrinin, dünyagörüşlərinin inkişaf etdirilməsi üçün rayondakı mədəniyyət evləri, uşaq yaradıcılıq mərkəzləri və idman məktəblərinin bazasından geniş istifadə olunması nəzərdə tutulmuşdur. Yay aylarında bu müəssisələrdə fəaliyyət göstərən müxtəlif dərnəklərin, idman  bölmələrinin işinə diqqət xeyli artırılıb. Həmin məktəb və mərkəzlərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.

Uşaqların asudə vaxtlarını səmərəli və daha maraqlı keçirmələri məqsədi ilə Səbail RİH tərəfindən yay ayları ərzində "Park bulvar" Ticarət və İstirahət Mərkəzindəki "Park sinema" kinoteatrında təhsildə fərqlənən məktəblilər, aztəminatlı ailələrin övladları, həmçinin uşaq evlərində tərbiyə alan 200 nəfər uşaq üçün mütəmadi olaraq pulsuz 3D həcmli uşaq filmlərinin nümayiş etdirilməsi təşkil olunmuşdur. Rayonun orta məktəbləri, eləcə də məktəbəqədər təhsil müəssisələrinin uşaqları cədvəl əsasında bura dəvət olunacaq, kinoseansdan əvvəl onları şən klounlar əyləndirəcək, müxtəlif müsabiqələr keçiriləcək.  

Artıq "Park sinema" kinoteatrında ilk belə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova bu kimi tədbirlərin tez-tez keçiriləcəyini bildirərək məlumat vermişdir ki, cari ilin avqust ayında yeniyetmələrin yay istirahətinin səmərəli təşkili, onların hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə Bakı Türk Liseyinin Quba filialının ərazisində  Səbail və  Quba rayon icra hakimiyyətləri və DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi olan ənənəvi hərbi təmayüllü "Şahinlər" istirahət düşərgəsi yaradılacaq və bu düşərgədə 170 nəfər  yeniyetmə oğlan istirahət edəcəkdir.

Valideynlər belə tədbirlərin təşkili və uşaqların öz asudə vaxtlarını səmərəli keçirmələri üçün görülən işlərə görə minnətdarlıqlarını bildirmişlər. 

Hicran ƏKBƏROVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov