Bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin
xarici tələbələrlə iş üzrə dekanı, filologiya
üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, şair Xanəli Kərimlinin İranın
Urmiya şəhərində Buta Yazıçılar ocağının daxili
nəşri yolu ilə şeirlər kitabı işıq üzü görmüşdür.
"Duyğularım, düşüncələrim" adlanan kitabda
şairin vaxtilə Bakıda nəşr edilən "Ay işığında"
(1998), "Bu da bir nağıldı" (2004), "Mənə elə
gəlir ki..." (2008) kitablarındakı şeirlər
toplanmışdır. Kitaba şairin "Ağrı", "Bütövlük"
poemaları da daxil edilmişdir. Fatma Mir
Hüseynpur tərəfindən nəşrə hazırlanan bu toplu
imzası çoxdan bəri Cənubi Azərbaycan oxucularına
və elmi-ədəbi ictimaiyyətinə yaxşı tanış olan
Xanəli Kərimlinin İranda nəşr edilən ilk
kitabıdır.
Qeyd edək ki, şairin şeirləri rus, ingilis,
fransız və türk dillərinə də tərcümə olunub
poeziyasevərlərə çatdırılmışdır.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |
|