Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

Akkreditasiya Şurasının növbəti iclası keçirilib

 

 İyulun 14-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.

İclasda Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universiteti, Bakı Texniki Kolleci və Sumqayıt Musiqi Kollecinin akkreditasiyası  məsələsi müzakirə olunub.  Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov öncə ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası istiqamətində aparılmış işlərdən söz açıb və bu işin təhsil sahəsinin daha da inkişafına xidmət etdiyini qeyd edib. Misir Mərdanov eyni zamanda şuranın üzvlərinə öz tövsiyə və tapşırıqlarını da verib.

Sonra iclas iştirakçıları Akkreditasiya Şurasının ötən iclasında Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetinə dair dinlənilmiş arayışa və həmin vaxtdan keçmiş dövr ərzində qüsurların aradan qaldırılması istiqamətində görülmüş işlərə əsasən, bu təhsil müəssisəsinin akkreditasiyadan keçirilməsi barədə qərar qəbul edib.

İclasda Bakı Texniki Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Texniki Universitetinin dosenti Həmidulla Məmmədov Bakı Texniki Kollecinin akkreditasiyadan keçirilməsinə dair müvafiq hesabat hazırlandığını və Təhsil Nazirliyinə təqdim edildiyini bildirib. H.Məmmədov qeyd edib ki, həmin hesabatı təhlil etmək, Akkreditasiya Şurasının müzakirəsinə çıxarmaq məqsədilə Təhsil Nazirliyinin əməkdaşlarından və ixtisaslar üzrə ekspertlərdən ibarət Akkreditasiya Komissiyası yaradılıb. H.Məmmədov kollecdə tədrisin təşkili vəziyyətinin təhlil edildiyini, mütəxəssis hazırlığının keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs tələbələrinin bilik səviyyəsinin yoxlanıldığını diqqətə çatdırıb. Daha sonra çıxışında iclas iştirakçılarını bu yoxlamanın nəticələri ilə tanış edən komissiya sədri kollecdə təhsil alan tələbələr, müvafiq ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi, müəllimlərin sayı və yaş tərkibi, habelə Akkreditasiya Komissiyasının gəldiyi qənaət barədə məlumat verib.

Sumqayıt Musiqi Kolleci üzrə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Hicran Hacızadə çıxış edərək bu tədris ocağında müvafiq araşdırmalar aparıldığından, ixtisaslar üzrə hazırlığın vəziyyətindən söz açıb. H.Hacızadə kollecin tədris şəraitindən, maddi-texniki bazasından və burada çalışan pedaqoji heyətdən də bəhs edib. O, Akkreditasiya Komissiyasının Sumqayıt Musiqi Kollecində akkreditasiyaya təqdim olunmuş 7 ixtisas üzrə sonuncu kurs tələbələrinin bilik səviyyəsini yoxlamaq məqsədilə test tapşırıqlarından istifadə etdiyini bildirib, tələbələrin müvəffəqiyyət və keyfiyyət göstəriciləri ilə iştirakçıları tanış edib. H.Hacızadə, həmçinin bu tədris ocağının 2006-cı ildə yaradılmış Ağcabədi şöbəsi barədə də məlumat verib.

 Sonra müzakirə olunan məsələlərlə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, rəy və təkliflər bildirilib.

İclasda təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara müəyyən əlavə və dəyişikliklər edilməsini də tövsiyə edib.

Sonda Akkreditasiya Şurası Bakı Texniki Kollecinin akkreditasiyadan keçməsi barədə müsbət qərar qəbul edib.

Sumqayıt Musiqi Kolleci ilə bağlı isə vurğulanıb ki, kollecin maddi-texniki bazasında mövcud olan problemlər həll edildikdən sonra onun akkreditə olunması barədə konkret qərar qəbul etmək olar.

İclasda Akkreditasiya Şurasının üzvü, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov da iştirak edib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Təhsil nazirliyində" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov