Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

Azərbaycan Müəllimlər İnstitutu qeyri-pedaqoji təhsil müəssisələrində öyrədici təlim keçir

 

Respublikanın bütün fəaliyyət sahələrində baş verən dinamik inkişafın mənbəyində düşünülmüş siyasət əsasında aparılan genişmiqyaslı islahat tədbirlərinin dayanması bugünümüzün danılmaz həqiqətidir. Keçmişin mütərəqqi ənənələrinə, beynəlxalq miqyasda sınaqdan çıxmış təcrübəyə söykənmiş həmin islahatlar ölkəmizdə artıq dönməz xarakter almaqla irəliləyişlərin təminatçısına çevrilmişdir. Bu mənada təhsil sahəsi də istisna deyildir.

Hazırda Azərbaycan özünün təhsil sistemini dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşdirir, məzmun və struktur dəyişiklikləri aparır.

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ölkədə ictimai-siyasi mənzərənin, ideologiyanın, iqtisadi münasibətlərin kökündən dəyişməsi təhsilin məqsədlərinə, vəzifələrinə, onun məzmunu ilə bağlı tələblərə də yeni yanaşma tərzi, yeni baxışlar formalaşdırdı. İnkişaf etmış ölkələrin təhsil sahəsində əldə etdikləri qabaqcıl təcrübənin öyrənilməsi bu məsələdə həlledici rol oynadı.

Təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi bütün təhsil müəssisələrinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bununla əlaqədar olaraq respublikanın bir çox təhsil müəssisələri Azərbaycan Müəllimlər İnstitutu ilə sıx əməkdaşlığa üstünlük verirlər.

Bu günlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi A.N.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev Azərbaycan Müəllimlər İnstitutunun rektoruna müraciət edərək, məktəbin müəllim heyətinə "Yeni təlim texnologiyaları", "Fəal və interaktiv təlim üsulları" və digər innovasiyaların öyrədilməsi üçün 5 günlük "Öyrədənlərin öyrədəni" təlim treninqinin keçirilməsini xahiş etmişdir.

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor, millət vəkili Aqiyə xanım Naxçıvanlının imzaladığı əmri ilə institutun bir qrup əməkdaşı DİN-nin A.N.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin pedaqoji işçiləri üçün 5 günlük "Fəal interaktiv təlim üsulları" mövzusunda "Öyrədənlərin öyrədəni"  təlim treninqi keçirmişdir.

Treninqin təşkil edilməsində  məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərdə fəal təlim və onun tətbiqi yolları haqqında biliklərin aşılanması və onlarda zəruri bacarıqların formalaşdırılması, fəal təlim metodlarının tətbiqi zamanı qarşıya çıxan problemlərin həlli yollarının müəyyənləşdirilməsi olmuşdur.

Treninq keçirilən zaman aşağıdakı nəticələr gözlənilirdi: Fəal təlimin nəzəri, təşkilati və metodiki aspektlərinin nəzərdən keçirilməsi və tətbiqi, fəal təlim üsulu ilə dərsin keçirilmə əsasları ilə tanışlıq, fəal təlim üsulu ilə işləyən müəllimin əsas vəzifələri ilə tanışlıq, müəllimdə fəal təlim üsulu ilə dərsin keçirilməsi üçün vacib olan bacarıq və keyfiyyətlərin formalaşması və fəal təlim metodlarının tətbiqi məsələlərinin həlli üzrə biliklərə yiyələnmək.

Treninq ərzində dinləyicilərə beyin həmləsi, BİBÖ, ziqzaq, şaxələndirmə, Venn diaqramı, insert, karusel, müzakirə, debat, diskussiya və başqa üsullar ətraflı izah edilmiş, nümunəvi dərslər təşkil edilmiş və onların təqdimatları dinlənildikdən sonra qiymətləndirmə aparılmışdır.

İyulun 6-da treninqin yekununa və dinləyicilərə sertifikatlar verilməsinə həsr olunmuş "dəyirmi masa" təşkil edilmişdir. Tədbirdə məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev, Azərbaycan Müəllimlər İnstitutunun Əlavə təhsil üzrə prorektoru Rahim Əzizov, məktəbin rəis müavinləri, şöbə müdirləri, Azərbaycan Müəllimlər İnstitutunun təlimçiləri və dinləyicilər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan polis polkovniki Ramiz Abdullayev treninqin əhəmiyyətini, onun müəllimlər və kursantlar üçün vacibliyini qeyd edərək, bu treninqin keçirilməsinə köməklik etdiyi üçün Azərbaycan Müəllimlər İnstitutunun professor-müəllim heyətinə, xüsusən institutun rektoru, professor, millət vəkili Aqiyə xanım Naxçıvanlıya öz dərin minnətdarlığını bildirdi.

Rahim Əzizov çıxış edərək Azərbaycan Müəllimlər İnstitutunun bu sahədə yaxşı iş təcrübəsi və kadr potensialı mövcudluğunu, hər bir təhsil müəssisəsinə köməklik göstərməyə daim hazır olduğunu və son beş ildə əlavə təhsil üçün güclü maddi-texniki baza yaradıldığını qeyd etdi.

Digər çıxış edənlər polis polkovnik-leytenantları Mehman Salahov, Rizvan Hüseynov, Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşı Eldəniz İsmayılov və başqaları treninqin təşkilinə və keçirilməsinə görə öz razılıqlarını bildirdilər.

Tədbirin sonunda dinləyicilərə sertifikatlar təqdim olundu. 

Leyla ƏLİYEVA,
AMİ-nin Təhsildə innovasiyalar kabinetinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov