Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

Moskvada biologiya müəllimlərinin I Ümumrusiya qurultayında azərbaycanlı təhsil işçiləri də iştirak ediblər

 

Bu ilin 28-30 iyun tarixlərində Moskvada M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və Sankt-Peterburq Dövlət Universitetinin birgə təşkilatçılığı ilə biologiya müəllimlərinin I Ümumrusiya qurultayı keçirilib. Qurultayda Rusiyadan, həmçinin digər ölkələrdən 700-dək biologiya müəllimi, alim və mütəxəssislər iştirak edib. Həmin tədbirə Bakıdakı 204 nömrəli tam orta məktəbin biologiya müəllimi, respublikanın əməkdar müəllimi Almaz Həsrət və 83 nömrəli məktəb-liseyin ali kateqoriyalı müəllimi Nüşabə Məmmədova da dəvət alıb.

Qurultayda biologiya fənninin tədrisi metodikası, yeni təlim metodları, müəllim hazırlığı, çağdaş informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və s. məsələlər müzakirə edilib. Azərbaycanlı müəllim Almaz Həsrət qurultayın "Metodologiya və biologiyanın tədrisinin metodikası" bölməsində "Çağdaş tədris metodları və ən yeni pedaqoji texnologiyaların tətbiqi" mövzusunda məruzə edib. Qurultay iştirakçılarının maraqla qarşıladığı məruzədə  respublika Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə  təhsilimizin inkişafı istiqamətində aparılan məqsədyönlü tədbirlərdən, təhsil işçilərinə göstərilən diqqət və qayğıdan, Azərbaycanda son illərdə həyata keçirilən təhsil islahatlarından, kurikulumla  tədrisin aparılmasından, Təhsil Nazirliyinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi bacaran, yaradıcı müəllimləri aşkar edərək ictimaiyyətə tanıdılmasından və digər məsələlərdən söz açılıb. Almaz Həsrət xüsusi olaraq informasiya-kommunikasiya texnologiyalarının biologiyanın tədrisində tətbiqi üzərində dayanıb və şəxsi təcrübəsindən çıxış edərək bunun çox böyük uğurlu nəticələrə gətirib çıxardığını bildirib. O, həmçinin qeyd edib ki, şəxsən özü M.V. Lomonosov adına  Moskva Dövlət Universitetinin distant təhsil proqramı çərçivəsində "Biologiyanın tədrisində İKT-nin tətbiqi" birillik ixtisasartırma kursunu bitirib və bundan sonra dərslərində ciddi keyfiyyət dəyişikliyi olub. Almaz Həsrət daha sonra çıxışında müzakirə olunan bir sıra məsələlərə də münasibət bildirərək bununla bağlı öz fikir və mülahizələrini söyləyib.

Qurultayın gedişində  Azərbaycan təmsilçiləri  Rusiyanın, eləcə də digər xarici ölkələrin müəllimləri ilə görüşlər keçirərək geniş fikir və təcrübə mübadiləsi aparıblar. Həmin görüşlərin nəticəsi olaraq məktəblərarası təcrübə mübadiləsi üçün gələcəkdə birgə layihələr üzərində işlənilməsi qərara alınıb.

Almaz Həsrət və Nüşabə Məmmədova  bundan başqa M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik V.Sadovniçi və universitetin biologiya fakültəsinin dekanı, Rusiya Elmlər Akademiyasının akademiki M.Kirpiçnikov ilə də görüşüblər. Universitetin rektoru azərbaycanlı müəllimlərin bu tədbirə maraq göstərməsini, qurultayda edilən ayrıca məruzəni yüksək qiymətləndirdiyini deyərək  gələcəkdə bu işbirliyinin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. 

Samirə KƏRİMOVA

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov