Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

Kurikulumun uğurlu tətbiqi hər bir müəllimin yaradıcı fəaliyyətindən asılıdır

 

Artıq üçüncü ildir ki, ibtidai siniflərdə yeni fənn kurikulumları tətbiq olunur. Biz müəllimlər bu yeni sistemin məktəbə gəlməsində və uğurlu tətbiqində pedaqoji ictimaiyyətin fəallığının tələb olunduğunu dərindən dərk edirik. Bunun üçün biz, ilk növbədə, öz işimizə yaradıcı yanaşaraq, təlim-tərbiyə prosesinin tədqiqatçılıq zəminində həyata keçirilməsini bir vəzifə kimi qarşımıza qoymuşuq.

Bütün digər fənlər kimi xarici dillərin tədrisində də müasir dərsin imkanları çox genişdir. Müasir ingilis dili dərsinin əsas vəzifəsi təfəkkür prosesini sürətləndirmək və şagirdlərin idrak fəallığını təmin etməkdir. Bu gün ingilis dili dərsində biz müəllimlərin əsas vəzifəsi dərsdə şagirdlərə düzgün istiqamət verərək dilə yiyələnmələrini təmin etməkdən ibarətdir. Burada əsas məsələ şagirdlərin yaddaşını sadəcə nəzəri məlumatlarla doldurmaqla deyil, eyni zamanda praktik çalışmaların istifadəsini artırmaqla şagirdlərin təfəkkür və yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsindən ibarət olmalıdır.

Müasir dərs axtarış, dərketmə, fəaliyyət dərsidir. Dərsdə hər bir şagirdin fərdi xüsusiyyətləri və maraqları, eləcə də cəmiyyətin sifarişi nəzərə alınır.

Müasir dərsə verilən tələblərə uyğun olaraq müəllimlərin, eləcə də şagirdlərin funksiyası dəyişir. Müəllim bələdçiyə, şagird isə tədqiqatçıya çevrilir. Müəllim şagirdə istiqamət verir. Şagird fəaliyyətə müəllimin göstərişi ilə yox, şüurlu şəkildə qoşulur, dərsdə motivasiyanın yaradılması zamanı əldə edəcəyi bilik və bacarığın ona nə üçün lazım olduğunu dərk edir.

Dərsin maraqlılığını təmin etmək üçün bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilməlidir. Bu da təlim tapşırıqlarının verilməsində, resursların, eləcə də təlimin forma və üsullarının seçilməsində nəzərə alınmalıdır.

Resursların rəngarəngliyi və təlimin məzmununa uyğun seçilməsi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan yaradır.

Dərsdə həmçinin texniki təminatın (kompüter, proyektor və s.) olması da onun maraqlılığını və səmərəliliyini yüksəldir.

Bütün bunlar onu göstərir ki, yeni kurikulumlara əsasən qurulan dərs özünün mütəhərrik xarakterinə, şagirdlərin fəallığı ilə nizamlanan çevikliyinə görə daha çox fərqlənir. Bütün bunları nəzərə alaraq mən işlədiyim I sinifdə yeni kurikulumların tələblərinin tam nəzərə alınmasına, dərslərimdə fəal təlim forma və üsullarından istifadə etməyə çalışır, hər bir dərsi maraqlı qurmaq üçün axtarışlar aparıram. Məsələn, I sinifdə "Geyim" mövzusunu tədris edərkən, ilk növbədə, dərsin məqsədlərini düzgün müəyyənləşdirir, bu zaman standartları əsas götürürəm: 

1. Şagirdlər geyimləri şəkillərdə fərqləndirir və göstərir;

2. İngilis dilində geyimlərin adlarını sadalayır;

3. Geyim adlarını düzgün tələffüz edir;

4. Yeni sözlərdən istifadə edərək cümlə qururlar.

Dərsi qruplarla iş formasında aparır, şagirdləri 4 qrupa bölürəm, müxtəlif rəngdə geyim şəkilləri, dərslik, iş dəftəri və iş vərəqləri kimi resurslardan istifadə edirəm.

Dərsin motivasiya mərhələsində problemin qoyuluşuna xüsusi diqqət yetirirəm. Bunun üçün lövhədən müxtəlif əşya və geyim şəkillərini asıb, onların adlarını şagirdlərdən soruşuram. Onlar da gördükləri şəkilləri ingilis dilində söyləyirlər.

Sonra tədqiqat sualını qoyuram: Uşaqlardan onların nə geyindiklərini soruşuram  (What do you wear?). Uşaqlar təqdim olunmuş ayaqqabı, şalvar, əlcək, corab, şərf şəkillərindən nəyə üstünlük verdiklərini və ya geyindiklərini ingilis dilində söyləyirlər.

Tədqiqatın aparılması mərhələsində qruplara 4 növ işçi vərəqi paylayıram.

Birinci iş vərəqində şagirdlərə verilmiş geyim şəkillərindən hansının oğlana və qıza aid olduğunu müəyyənləşdirilib verilmiş cədvəldə şəkillərə uyğun geyimləri yerləşdirməyi tapşırıram.

İkinci iş vərəqində şagirdlərdən şəkilləri təqdim olunan müxtəlif geyimlərin rəngini müəyyənləşdirməyi  tapşırıram.

Üçüncü iş vərəqində qarışıq şəkildə qış və yay geyimləri olan şəkillər təqdim edib uşaqlara onları qruplaşdırmağı tapşırıram.

Dördüncü iş vərəqində isə şagirdlərdən eyni geyim əşyaları olan çoxlu şəkillərin sayını müəyyən etmək tələb olunur. 

Şagirdlər verilmiş vaxt ərzində tapşırıqları həll edirlər. Sonra qrup liderləri işlərini təqdim edirlər.

Daha sonra şagirdlər monitor vasitəsilə geyim haqda məlumatlar alır və aldıqları məlumatları tapşırıqlar vasitəsilə yerinə yetirirlər.

Sonra şagirdlər diskə qulaq asır və qarışıq şəkildə verilmiş şəkillərdən eyni geyimləri seçib ardıcıl qeyd edirlər.

Dərsin informasiyanın müzakirəsi və təşkili mərhələsində şagirdlərin təqdimatından sonra cavabları ümumiləşdirib, şagirdlərə öyrəndikləri geyim adlarını təkrarlatdırıram.

Dərsin sonunda xüsusi cədvəl üzrə şagirdləri geyimlər haqqında məlumat vermək, seçmək və göstərmək, ünsiyyət qurmaq və təqdimetmə bacarıqlarının hər biri üzrə qiymətləndirmə aparır və onun nəticələrini elan edirəm.

Evə isə hər bir şagirdə geyim şəkilləri çəkməyi  və adlarını ingilis dilində yazmağı, növbəti dərsin ilkin mərhələsində təqdim etməyi tapşırıram.

Dərsin belə təşkili kurikulumun tələblərinə tam uygun olub öyrənilən mövzunun şagirdlər tərəfindən daha dərindən qavranılmasına imkan verir. 

Səbinə ZEYNALOVA,
Bakıdakı 193 nömrəli orta
məktəbin ingilis dili müəllimi

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov