Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

15 İyul 2011 - �27

 

"Göyərçin"in hədiyyəsi

 

Hər ilin yay aylarında balaca oxucular üçün "Göyərçin"in kitabxanası" seriyasından yeni-yeni toplular nəşr edən "Göyərçin" jurnalı bu il də öz ənənəsinə sadiq qalıb. "Göyərçin" jurnalı öz yay nömrələrinin əvəzində balaca oxucular üçün üç yeni kitab hazırlayaraq nəşr edib. Bu kitablar "Qızılsaçlı gözəl", "Arı adam", "Bulaq suyu" adlanır. "Qızılsaçlı gözəl"də dünya xalqlarının nağılları, "Arı adam"da Tofiq Mahmudun, "Bulaq suyu"nda isə Azərbaycan xalq yazıçılarının uşaqlar üçün yazdıqları əsərlər toplanıb.

"Qızılsaçlı gözəl" kitabında verilən "Üç cəngavər və üç qız", "Kimsəsiz oğlan", "Çoxbilmiş oğlan", "İki axmaq", "Qara kitab məktəbi", "Kəklik və dovşan", "Macnanın vəsiyyəti", "Qurd, ilbiz və arılar", "Sərçənin nağılı", "Qızılsaçlı gözəl" adlı nağıllar tərbiyəvi əhəmiyyətə malik folklor nümunələridir.  Bu nağılları dilimizə Rafiq Yusifoğlu tərcümə etmişdir.

"Arı adam" kitabında isə "Göyərçin" jurnalının sabiq baş redaktoru, uşaqların və böyüklərin çox yaxşı tanıdığı mərhum yazıçımız Tofiq Mahmudun hekayələri öz əksini tapmışdır. Bu kitabda onun hekayələrindən seçmə nümunələr toplanmışdır. Həmin hekayələr belə adlanır: "Çinar ömrü", "Arı adam", "Səyahət", "Bir tənbəlin taleyi", "Gözəllik", "Qudurğan qurbağa", "Lovğa sarı çiçək", "İki dost", "Yenə də səfərdə". Topluda Arı adamın dünyaya səyahətə çıxmağından, yolda rastlaşdığı nadan insanları düz yola gətirməsindən, qarşılaşdığı hadisələrdən, ayrı-ayrı macəralardan bəhs olunur.

"Bulaq suyu" kitabında Azərbaycan xalq yazıçılarının müxtəlif dövrlərdə yazıb "Göyərçin"də çap etdirdikləri əsərlər toplanmışdır.  Əzizə Cəfərzadənin "Məstan və dərman", "Şirin olasan", Anarın "Əlifba", Əli Vəliyevin "Bulaq suyu", "Ananın sözünə qulaq as",  İsmayıl Şıxlının "Niyə getdi?", Mirzə İbrahimovun "Mehribanın dəftəri", Süleyman Rəhimovun "Tülkünün dostluğu" və s. əsərləri uşaq təfəkkürünə uyğun nəsr nümunələridir.

"Arı adam" və "Bulaq suyu" kitabları

na Rafiq Yusifoğlunun yazdığı ön söz,  rəssamlardan İlqar Mehdiyev, Mətanət Aslanova, Leyla Salamova, Aytən Şirzadova, Altay Quliyev, Fidan Axundova, Afər Mehdiyeva və Kübra Salamovanın çəkdikləri illüstrasiyalar bədii mətnlərin daha dərindən qavranılmasına yardımçı olacaqdır. Ümidvarıq ki, "Göyərçin"in kitabxanası" seriyasından çap edilən "Qızılsaçlı gözəl", "Bulaq suyu", "Arı adam" kitablarında toplanan əsərlərdəki incə, şirin yumor, axıcı üslub, maraqlı süjet xətti  nəinki azyaşlı uşaqların, hətta böyüklərin də marağına səbəb olacaqdır.

Günel ALMAZ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov