Azərbaycanın ali və orta ixtisas məktəblərinə
qəbul imtahanlarında ən yüksək nəticə göstərən
(700 bal toplayan) 4 abituriyentin adları
açıqlanmışdır. Onların hamısı Bakı məktəblərinin
məzunudur.
BŞTİ-dən AzərTAc-a bildirmişlər ki, bu
abituriyentlər I ixtisas qrupuna sənəd vermişlər
və onlar bu ilin məzunlarıdır. Qəbul
imtahanlarında ən yüksək nəticə göstərmiş
abituriyentlər Bakı şəhər Xətai rayonu 263
nömrəli orta məktəbin məzunu Cahandar Camalov,
Xətai rayonu 287 nömrəli "Zəkalar" liseyinin
məzunu Əli Əliyev, Binəqədi rayonu 299 nömrəli
orta məktəbin məzunu Xavər Feyzullayeva və
Sabunçu rayonu 169 nömrəli orta məktəbin məzunu
Ləman Məmmədovadır.
BŞTİ-nin müdiri Nailə Rzaquliyeva bu
abituriyentlərlə görüşmüş və onları
mükafatlandırmışdır. Həmin abituriyentlər
BŞTİ-nin sentyabr konfransına dəvət ediləcəklər.
Onlar idarə tərəfindən yenidən
mükafatlandırılacaqlar.
BŞTİ-nin 5 illik fəaliyyəti dövründə paytaxtın
10 məzunu 700 bal toplamışdır. |