Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

29 İyul 2011 - �29

 

Azərbaycan Diplomatik Akademiyasında "açıq qapı" günü keçirilib

 

Azərbaycan Diplomatik Akademiyası (ADA) bu il ilk dəfə Beynəlxalq münasibətlər və Biznesin idarəedilməsi bakalavr proqramları üzrə tələbə qəbul edəcəkdir. Hazırda akademiyada yalnız beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pilləsi vardır.

İyulun 23-də akademiyada təhsil almaq arzusunda olan gənclər üçün "açıq qapı" günü keçirilmişdir.

ADA-nın tələbə qəbulu şöbəsinin əməkdaşı Günay Ziyadova akademiya haqqında təqdimatla çıxış etmişdir. Bildirmişdir ki, beş il bundan əvvəl yaradılmasına baxmayaraq, akademiya dünyada nüfuz qazanmışdır. ADA-da təhsil almaq üçün 61 ölkədən müraciətlər daxil olmuşdur.

Təqdimatda bakalavr proqramları barədə ətraflı məlumat verilmişdir. G.Ziyadova qeyd etmişdir ki, bu il bakalavr proqramı üzrə Azərbaycan vətəndaşları üçün 60 yer ayrılmışdır. Gələn tədris ilindən bu nüfuzlu ali təhsil ocağının tələbəsi olmaq istəyənlərin çox olması ilə bağlı qəbul yerlərinin sayının artırılması nəzərdə tutulmuşdur. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında 400-dən yuxarı bal toplayan abituriyentlər müsabiqədə iştirak edə bilərlər.

Bildirilmişdir ki, qəbul prosesində yerli abituriyentlərlə yanaşı, əcnəbilər də iştirak edəcəklər. Belə ki, bakalavr proqramına bu ildən başlanmasına baxmayaraq, bir sıra Avropa ölkələrindən, o cümlədən Belçika və Danimarkadan ADA-ya müraciət edənlər vardır.

Akademiyaya qəbul olunan tələbələr təhsilə intensiv ingilis dili proqramı (İELP) ilə başlayacaqlar. Proqramın müddəti bir ildir. Proqramın sonunda dil səviyyəsini müəyyən edən test yoxlamasından müvəffəqiyyətlə keçən tələbələr dördillik bakalavr proqramına davam edəcəklər.

Akademiyanın Bakıda tikilən kampusunun layihəsi haqqında videoçarx nümayiş olunmuşdur. G.Ziyadova bildirmişdir ki, kampusun tikintisini 2012-ci ilin sentyabr ayınadək başa çatdırmaq nəzərdə tutulur.  

AzərTAc

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov