Bakı Dövlət Universitetinin nəzdində 2007-ci
ildə yaradılmış "Gənc istedadlar" liseyinin
başlıca vəzifəsi milli amallara xidmət edəcək
gənc istedadları üzə çıxarmaq, onların
inkişafına hərtərəfli şərait yaratmaq, gələcək
inkişaflarını düzgün istiqamətləndirmək, dərin
biliyə, yüksək mənəvi keyfiyyətlərə malik
vətəndaşlar yetirməkdən ibarətdir.
Təlim
Azərbaycan və rus dillərində aparılan liseydə
ötən dörd il ərzində müvafiq maddi-texniki baza
yaradılıb, müxtəlif ixtisaslar üzrə pedaqoji
kollektiv formalaşmışdır.
2010-2011-ci dərs ilini də uğurla başa vuran
pedaqoji kollektiv nailiyyətləri daha da
dərinləşdirmək naminə yeni dərs ilinə ciddi
hazırlıq görür.
Artıq liseyin bütün sinif otaqları rənglənib,
qapı və pəncərələr təmir olunub. İlboyu saz
işləyən istilik sistemi, elektrik xətləri bir
daha nəzərdən keçirilib, yoxlanılıb.
25 sinif otağı ilə yanaşı, tədris ocağındakı
kimya laboratoriyası, biologiya və fizika
kabinetləri də cari təmir olunub, bir sıra
avadanlıq və əyani vəsaitlərlə zənginləşdirilib.
Lisey rəhbərliyi yeni tədris ilində təlim
göstəricilərini daha da yaxşılaşdırmaq,
istedadlarla daha səmərəli məşğul olmaq,
müəllimlərin innovasiyalarla yaxından tanış
olub, təcrübədə tətbiqinə nail olmaq məqsədilə
elmi-metodik işi canlandırmaq, tədris prosesinə
demokratik zəmində nəzarət və köməyi
yaxşılaşdırmaq istiqamətində illik fəaliyyət
planı hazırlayır.
Aytən MƏMMƏDOVA |