İyulun 22-də Azərbaycan Respublikası Təhsil
Problemləri İnstitutunun direktor müavini,
institutun Kurikulum Mərkəzinin direktoru,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent,
respublikanın əməkdar müəllimi Ənvər Məhəmməd
oğlu Abbasovun anadan olmasının 60,
elmi-pedaqoji fəaliyyətinin 40 illiyi
münasibətilə yubiley tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə institutun direktoru,
professor A.Mehrabov açmışdır. Təhsil nazirinin
müavini İsgəndər İsgəndərov Ənvər Abbasovun
mənalı və şərəfli həyat yolundan, elmi və
pedaqoji fəaliyyətinin önəmli anlarından
danışmışdır.
İnstitutun elmi katibi, professor A.Abbasov
"Ənvər Abbasovun həyatı, pedaqoji və elmi
fəaliyyəti" mövzusunda mərizə etmişdir.
Daha sonra ADPU-nun prorektoru, professor
M.Cəbrayılov, professor F.Rüstəmov, AMİ-nin
prorektoru R.Əzizov və kafedra müdiri,
professor R.Hüseynzadə, "Azərbaycan məktəbi"
jurnalının baş redaktoru N.Nəcəfov, "Azərbaycan
dili və ədəbiyyatı tədrisi" jurnalının baş
redaktoru M.Baharlı, professor Y.Kərimov,
professor Ş.Mikayılov, professor V.Xəlilov,
ADU-nun dosenti V.Bəşirov, Təhsil Nazirliyinin
şöbə müdirləri A.Əhmədov və F.Şahbazlı çıxış
etmişlər.
Mərasimin sonunda Ənvər Abbasov onun pedaqoji və
elmi fəaliyyətinə yüksək qiymət verildiyinə görə
öz təşəkkürünü bildirmişdir. |
|