İyulun
12-də Bilgəh qəsəbəsində sosial cəhətdən həssas
və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün
2-ci yay düşərgəsi fəaliyyətə başlamışdır.
Gənclər üçün Təhsil Mərkəzindən AzərTAc-a
bildirmişlər ki, məqsəd qeyd edilən qrupdan olan
uşaqların cəmiyyətdə rolunu artırmaq, onlar üçün
keyfiyyətli təhsil xidmətləri təşkil etmək və
asudə vaxtlarını səmərəli keçirmələrinə şərait
yaratmaqdır. Düşərgədə müxtəlif regionlardan 30
nəfər iştirak edir.
Yay düşərgəsi Gənclər üçün Təhsil Mərkəzi, "Ümid"
Humanitar və Sosial Dayaq Mərkəzi, "Buta"
Humanitar Uşaq Fondu, Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi və Azərbaycan Uşaqlar Birliyi
tərəfindən keçirilir.
Qeyd edək ki, hər biri 10 gün olmaqla təşkil
ediləcək düşərgələrdə uşaqlar üçün əyləncəli
tədbirlərlə yanaşı, müxtəlif təlim proqramları,
ekskursiyalar, art terapiyalar və s. keçirilir.
|