Rusiyanın Medın şəhərində 18-20 yaşlılar
arasında universal döyüş üzrə Avropa birinciliyi
keçirilmişdir.
AzərTAc xəbər verir ki, yarışda ölkəmizi
universal döyüş üzrə yığmanın baş məşqçisi
Fərhad Ocaqverdiyevin rəhbərliyi altında 8
idmançı təmsil etmişdir. 25 ölkədən 160
idmançının iştirakı ilə keçirilən yarışda
komandamız 5 medal qazanmışdır.
Avropa və dünya birinciliyinin qalibi Nicat
Əliyev (75 kq) qızıl medala sahib çıxmışdır.
Yığmamızın digər üzvləri Elçin Mürşüdlü (60 kq),
Ravid Mirzəbəyov (70 kq), Fərid Mirzəbəyov (85
kq) gümüş, Bəhruz Ağayev (65 kq) isə bürünc
medal qazanmışlar.
Millimiz ümumi hesabda Rusiya komandasından
sonra ikinci pillədə qərarlaşmışdır. Ukrayna
komandası isə üçüncü olmuşdur. |