Şəhər icra
hakimiyyətindən AzərTAc-a bildirmişlər ki,
Azərbaycanın mühüm elm, təhsil, mədəniyyət
mərkəzlərindən olan Şəkidə tarixən bir çox dini
məktəblər və mədrəsələr fəaliyyət göstərmişdir.
XIX əsrin əvvəllərində şəhərdə rus dilində
məktəb açmaq zərurəti yaranmış, 1831-ci il
dekabrın 30-dan burada qəza məktəbi fəaliyyətə
başlamışdır. Bu məktəb bölgədə maarifin
inkişafına böyük təkan vermişdir.
Qəza
məktəbinin davamçısı hesab olunan 5 nömrəli
məktəb 1939-cu ildən səkkizillik, 1946-cı ildən
isə onillik məktəbə çevrilmişdir. Şəki qəza
məktəbində təhsil alanlar arasında Azərbaycan
dramaturgiyasının banisi Mirzə Fətəli Axundov,
Rəşid bəy Əfəndiyev, Salman Mümtaz, Heydər
Əfəndiyev, Sabit Rəhman, Əbdüləzəl Dəmirçizadə,
Əlövsət Sadıqov, Şirməmməd Hüseynov və digər
tanınmış şəxsiyyətlər vardır. 1981-ci ildə bu
məktəbin 150 illik yubileyi respublika
səviyyəsində qeyd olunmuşdur.
Tam orta
məktəbin yubiley tədbirinin bu ilin dekabrında
keçirilməsi nəzərdə tutulur. |
|