Azərbaycan
Respublikası Prezidentinin "Mirzə İbrahimovun
100 illik yubileyinin keçirilməsi haqqında"
2011-ci il 19 iyul tarixli, 1642 nömrəli
Sərəncamının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Milli
ədəbi-estetik fikrin inkişafı sahəsində
təqdirəlayiq xidmətlər göstərmiş Azərbaycanın
xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və
publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və
Azərbaycan Respublikasının Dövlət mükafatı
laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun
100 illik yubileyinin keçirilməsinə dair Təhsil
Nazirliyinin tədbirlər planı təsdiq edilsin
(əlavə olunur).
2. Naxçıvan MR
təhsil naziri, şəhər, rayon təhsil idarələrinin,
şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk
peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri
tədbirlər planının icrasını təmin etsinlər.
3.
İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc
olunmasını və nazirliyin İnternet səhifəsində
yerləşdirilməsini təmin etsin.
4. Ümumi şöbə
(X.Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb
yerlərə göndərilməsini təşkil etsin.
5. Əmrin
icrasına nəzarət nazir müavini E.Qasımova həvalə
olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
8 avqust 2011-ci il |