2011-2012-ci
tədris ilində respublikanın ümumtəhsil
məktəblərinin birinci siniflərində dərs deyəcək,
həmçinin son üç ildə fənn kurikulumlarının
tətbiqi üzrə kursdan keçməyən ibtidai sinif
müəllimləri üçün təlim kursları artıq başa
çatmışdır.
Təhsil
Nazirliyindən bildirmişlər ki, iyun-avqust
aylarında doqquz minədək ibtidai sinif müəllimi
öyrədici təlim kurslarından keçirilmiş və onlara
sertifikat verilmişdir. Təlimlər təhsil
sahəsində fəaliyyət göstərən, tender yolu ilə
seçilmiş qeyri-hökumət təşkilatları tərəfindən
təşkil edilmişdir.
2011-2012-ci
dərs ili ərəfəsində ümumtəhsil məktəbləri üçün
102 adda 3 milyon 463 min 170 nüsxə dərslik çap
edilmişdir. Onların 45 adda 1 milyon 179 min 750
nüsxəsi yeni fənn proqramları (kurikulumları)
ilə işləyən ibtidai siniflər üçün nəzərdə
tutulmuşdur. |