Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

26 Avqust 2011 - �33

 

BDU Yaponiya universitetləri ilə əməkdaşlığını genişləndirir

 

Bakı Dövlət Universitetinin rektoru, millət vəkili,  parlamentin Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Abel Məhərrəmov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilən Gürsel İsmayılzadəni qəbul edib. Universitet haqqında səfirə məlumat verən rektor, əsasən Yaponiya universitetləri ilə əməkdaşlıqdan bəhs edib. Bu ölkənin ali təhsil ocaqları, xüsusən də Qumma Universiteti ilə BDU-nun əməkdaşlığının olduğunu söyləyib. 2000-ci ildən Şərqşünaslıq fakültəsində yapon dili və ədəbiyyatı ixtisasının fəaliyyət göstərməsindən, bu sahədə  bakalavr və  magistr hazırlanmasından, yapon dili üzrə elmi məktəbin formalaşmasından bəhs edib.

Səfirlə görüşün münasibətlərə yeni impuls olacağını vurğulayan rektor universitetlərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Rektor Abel Məhərrəmovun fikirləri ilə həmrəy olan səfir Gürsel İsmayılzadə Prezident İlham Əliyevlə görüşündən danışıb və dövlət başçısının Yaponiya ilə bir çox sahələrdə münasibətlərin inkişafına,  dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük önəm verdiyindən, o cümlədən Azərbaycandan Yaponiyaya tələbə göndərilməsində maraqlı olduğundan bəhs edib. Bu baxımdan G.İsmayılzadə gələcək fəaliyyətində bu məsələyə xüsusi diqqətin olacağını qeyd edib.

Prezident İlham Əliyevin Yaponiyaya tələbə göndərilməsi ilə bağlı fikrinin əhəmiyyətinə toxunan rektor Abel Məhərrəmov dövlət hesabına təhsil  alacaq  gənclərin qayıtdıqdan sonra bir  neçə  il  Bakı  Dövlət  Universitetində çalışıb mütəxəssis yetişdirmələrinin önəmini   də   qeyd  edib.

Səfir rektor Abel Məhərrəmovun Milli Məclisin Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi fəaliyyətini yüksək dəyərləndirdiyini, yeni təyinatı dövründə universitetə gəlməyinin görülən işləri daha da genişləndirmək, müəyyən təkan vermək məqsədi daşıdığını, universitetlərarası əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov