Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

26 Avqust 2011 - �33

 

Xarici mətbuat səhifələrində

 

Rusiyada ali məktəblərə qəbul qaydaları dəyişir 

Rusiyanın ali məktəblərinə cari ildə keçirilmiş qəbul imtahanları gedişində müşahidə olunmuş qanun pozuntuları ölkənin Təhsil və Elm Nazirliyi qarşısında təxirəsalınmaz vəzifələr qoyub. Nazirlik ali məktəblərə qəbul qaydalarını dəyişmək qərarına gəlib. Təhsil və elm naziri Andrey Fursenkonun sözlərinə görə, avqustun sonlarında qəbul qaydalarına olunacaq dəyişiklik paketi ictimaiyyətin müzakirəsinə təqdim olunacaq. Beləliklə də gələn il ali məktəblərə qəbul artıq yeni qaydalar üzrə aparılacaq. Bəzi məlumatlara görə, yeni qaydalara əsasən, olimpiada  qalibləri və  güzəştləri  olan abituriyentlər digər ali məktəblərin abituriyentlərinə rəqabət yaratmamaq üçün qəbul zamanı öz üstünlüklərindən yalnız bir ali məktəb müəssisəsində yararlana bilərlər. Vahid dövlət imtahanları üzrə kifayət qədər yüksək bal toplamış abituriyentlər, eləcə də güzəştli kateqoriyalardan olanlar eyni vaxtda bir neçə ali məktəbə sənəd verə bilərlər.

Bundan əlavə, ali məktəblərin saytlarında sənəd vermiş bütün abituriyentlərə nəzarət edəcək xüsusi avtomat sistem yaradılacaq. Nazir qeyd edib ki, ölkənin ali məktəblərində  hər min nəfər məzun yerindən 450-si dövlət sifarişlidir. Birinci kursların büdcə yerlərinə 230 min abituriyent qəbul olunub, onlardan 4,2 mini olimpiada qalibləri və 7,7 mini güzəştlər kateqoriyasına aid olanlardır.  

Estoniya təhsil islahatlarına başlayır 

Estoniyanın Təhsil Nazirliyində keçirilən müşavirədə ölkənin təhsil sistemində islahatlar məsələsi müzakirə olunub. Müşavirədə təhsil naziri Yak Aaviksoo və rektorlar şurasının üzvləri iştirak ediblər.  Nazirin sözlərinə görə, müzakirə olunan məsələlər üzrə hər hansı fikir ayrılığı müşahidə olunmayıb. "Bütün iştirakçılar təhsil sahəsində ciddi islahatların aparılması  və nəticələrin parlamentə təqdim olunmasına razıdırlar.  Məsələyə dair prinsipial fikir ayrılıqları qalmadı",-deyə Y.Aaviksoo bildirib. Ali təhsil sahəsində islahatlar, ilk növbədə, pulsuz təhsil və tələbələrin dərs yükü ilə əlaqədardır. Nazir hesab edir ki, tələbələr 100 faiz dərs yükünə malik olmalıdırlar. Onun sözlərinə görə, əgər biz istəyiriksə tələbələr tam tədris yükü ilə oxusunlar, onda zərurət yarandığı təqdirdə onlara dövlət yardımları göstərilməlidir.

Tələbələri ən çox narahat edən məqam isə odur ki, yalnız tam dərs yükünə əməl edənlər pulsuz təhsil almağa iddia edə bilərlər. Estoniyanın aparıcı universitetlərinin rektorları da hesab edirlər ki, islahatlarla yanaşı, tələbələrin dəstəklənməsi sistemi də işə düşməlidir. Tələbələrin təkcə semestr ərzində deyil, bütün il ərzində əldə etdikləri nəticələr nəzərə alınmalıdır. Yalnız semestr üzrə qiymətləndirmənin aparılması tədris işinin keyfiyyətinə təsir edir.  

Gürcü məktəblərində türk və italyan dilləri tədris olunacaq 

Gürcüstanın təhsil planları və qiymətləndirmə milli mərkəzi italyan və türk dillərinin tədris proqramları üzərində işləri başa çatdırıb. Bununla əlaqədar Gürcüstanın təhsil nazirinin müavini Koka Seperteladze və mərkəzin direktoru Natiya Coxakadze brifinq keçiriblər. İtalyan və türk dillərində tədris proqramlarının məzmunu milli təhsil planının xarici dillər proqramının hazırkı  standartlarına əsaslanır. Proqram üzərində işlərə ekspertlərlə yanaşı, İtaliya və türk mütəxəssisləri də cəlb olunublar.  Peşəkar mütəxəssis və ekspertlərdən ibarət qrup tədrisin istər ibtidai, istərsə də orta  səviyyələrinin müxtəlif mərhələləri üçün proqramlar hazırlayıb.

Amerika məktəblərində "açıq qapı" günləri 

Yeni dərs ili ərəfəsində Amerika məktəblərində "açıq qapı" günləri keçirilir. Məktəbə ilk dəfə qədəm qoyan uşaqlar "açıq qapı" günlərində gələcək müəllimləri, sinif yoldaşları ilə görüşürlər. Uşaqlar məktəbə dərs ləvazimatları ilə gəlirlər. Şagirdlərin fərdi məlumatları əks olunmuş sənədlər doldurulur, onlara oxuyacaqları məktəb və onun tədris ənənələri barədə, onların əməl etməli olduqları qaydaların sadalandığı broşürlar verilir. Şagirdlər yeni müəllimlərin müşayiəti ilə sinif otaqları, kitabxanalar, laboratoriyalar, idman zalları, kompüter otaqları, yeməkxana və digər otaqlarla tanış olurlar.  

Məktəb rəhbərliyi, ilk növbədə, birinci siniflərə qəbul olunan uşaqlara xüsusi diqqət göstərir.

 

 

 

İsraildə məktəb təhsili tam dəyişəcək 

Avqustun 14-də İsrail hökuməti, yerli hakimiyyət orqanları,  orta ümumtəhsil məktəblərinin müəllim Assosiasiyaları arasında  məktəblərdə islahatlara dair müqavilə imzalanıb.

İslahatın məqsədi müəllimlərin vəziyyətinin,  onların əməkhaqlarının və əmək şəraitinin əhəmiyyətli dərəcədə  yaxşılaşdırılması, eləcə də tədris metodlarının təkmilləşdirilməsidir. İslahatlar çərçivəsində müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə - 51 faiz artırılacaq. Müəllimlərin mükafatlandırılması və həvəsləndirilməsi onların fəaliyyətinin keyfiyyət qiymətləndirilməsi əsasında aparılacaq. Bütün müəllimlərin mükafatlandırılması onların pedaqoji və sosial nailiyyətlərinə əsaslanacaq.

Məktəb direktorunun statusu  möhkəmləndiriləcək  və onun səlahiyyətləri  genişləndiriləcək.  Təhsil Nazirliyinin məlumatına görə, islahat  proqramının həyata keçirilməsi üçün nazirliyin  əməkhaqqı fondu 3 milyard şekel (İsrail pul vahidi) artırılacaq. Məktəblərin maddi -texniki bazasına  da bir neçə yüz milyon şekel xərclənəcək. Layihənin cari tədris ilindən başlanmasına nail olmaq üçün bütün məktəb kollektivləri ilə müqavilələr imzalanıb və sentyabrın 1-dən islahatlar ölkənin 50 məktəbində həyata keçiriləcək. Digər məktəblər də tezliklə proqrama  cəlb olunacaqlar. 2014-2015 -ci tədris ilində proqram bütün məktəblərdə başa çatdırılacaq.  2011-2012-ci dərs ilində işə qəbul olunan  müəllimlər yeni islahat proqramı ilə işləyəcəklər.  

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov