Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Sentyabr 2011 - �34

 

Xarici mətbuat səhifələrində

 

Almaniyada təhsil səviyyəsi yaxşılaşıb 

Ötən dərs ilində Almaniya ali məktəblərində tədrisin keyfiyyəti yaxşılaşıb. Aparılmış monitorinqlərə görə, 2004-cü illə müqayisədə Almaniyanın  bütün ali məktəblərində təhsilin səviyyəsi 100 ballıq şkala üzrə 21-dən 70-ə qədər yüksəlib. 2000-ci ildən başlayaraq Almaniyanın universitetləri 428 min tələbə hazırlayıb, onlardan 124 mini riyaziyyat, informatika, informasiya texnologiyaları və təbiət fənləri üzrə ixtisaslaşıblar. Bundan əlavə, ötən dövr ərzində ölkə universitetlərini bitirən xarici tələbələrin sayı artıb. Ekspertlər qeyd edirlər ki, Almaniya yaxşı təhsil səviyyəsi ilə öyünə bilər. Lakin bu ölkə hələ də təhsil sahəsində dünya lideri olan ölkələrdən - Kanada, İrlandiya və Finlandiyadan geridə qalır.

 

  

 

Braziliyada ali təhsil pulsuzdur

 

Braziliyada ali təhsilə getdikcə maraq artmaqdadır. Ölkədə ali təhsil bütün tələbələr üçün pulsuzdur. Ali məktəbə qəbul ENEM (Exame National do Ensino Medio)  imtahanı üzrə aparılır. Orta məktəblərin məzunları təhsil ilinin sonunda vahid imtahanlar verirlər. Bu imtahanlarda ən yüksək bal toplayanlar ali məktəbə qəbul olunurlar. Ölkənin ali məktəbləri arasında ən populyarı Rio-de-Janeyro Universiteti hesab olunur. Məhz bu ali məktəb geniş ixtisas seçimi təklif edir. Universitetlərdə məşğələlər portuqal dilindədir. İngilis dili əlavə dil kimi tədris olunur. Buna görə də xarici ölkələrdən olan tələbələr hökmən portuqal dilini mənimsəməlidirlər. Ölkədə ali təhsilli kadrlara tələbat böyükdür. Buna görə də istər dövlət, istərsə də özəl ali məktəblərə axın var.      

 

Riqada müəllimlər çatışmır 

Yeni dərs ili ərəfəsində Latviyanın paytaxtı Riqada müəllimlər çatışmır. Riqa şəhərinin təhsil, mədəniyyət və idman departamentindən verilən məlumata görə, paytaxtın ümumtəhsil məktəblərində 51, məktəbəqədər müəssisələrdə isə 81 müəllim yeri boşdur. Riqada ingilis, fransız və rus dili müəllimlərinə ehtiyac yaranıb. İbtidai məktəblər üçün də pedaqoji kadr çatışmazlığı problemi mövcuddur. İbtidai məktəblərdə 58 texniki işçi, eləcə də 21 müəllim köməkçisi tələb olunur.   

Britaniyalı tələbələr kitab oxumur

 

Böyük Britaniyada aparılmış araşdırmalara görə, ölkənin gənc əhalisi kitab oxumur.  Bütün ölkə üzrə keçirilən rəy sorğusunda  yaşı 8-dən 18-dək 18 min britaniyalı şagird və yeniyetmə iştirak edib. Məlum olub ki, məktəbə gedən şagirdlərin təxminən 50 faizi ay ərzində cəmi bir dəfə əlinə kitab alır. Hər 6 nəfərdən biri ayda bir dəfə də olsun kitab vərəqləmir. Məktəblilərin və tələbələrin  əsas maraq dairəsi KİV-lər, "Feysbuk" və "Tvitter", elektron poçtlardır. Uşaqlar böyüdükcə onların kitab oxumağa marağı azalır. "National Literacy Trust" xeyriyyə cəmiyyətinin nümayəndəsi Conatan Duqlas hesab edir ki, əgər uşaqları kitab oxumağa cəlb etmək mümkün olarsa, onda bu, onların qarşısında yeni imkanlar aça bilər.

  

 

Dağıstan təhsili modernləşir 

Dağıstanın təhsil sistemi modernləşir. Federal büdcədən Dağıstan təhsilinin yenidən qurulması üçün 4 milyard rubl ayrılacaq. Bu barədə Rusiyanın təhsil və elm naziri Andrey Fursenko bildirib. "Dağıstan 2011-ci ildə 1 milyard rubl alacaq. Ümumilikdə iki dərs ili ərzində isə respublikaya  federal büdcədən 4 milyard rubl ayrılacaq",-deyə nazir müəllimlərin Mahaçqalada keçirilən avqust müşavirəsində bildirib.

Bütövlükdə isə regionun təhsil sisteminin modernləşməsi üçün 120 milyard rubl ayrılması nəzərdə tutulub. Onun sözlərinə görə, regionun öz təhsilinin yenidən qurulması üçün nəzərdə tutduğu pullar müəllimlərin əməkhaqlarının artırılmasına sərf olunacaq. Öz növbəsində, Dağıstanın başçısı Maqomedali Maqomedov bildirib ki, sentyabrın 1-dən başlayaraq respublikada müəllimlərin əməkhaqları 30 faiz artırılaraq orta hesabla 10530 rubla çatdırılacaq.

 Polşada dini məktəblər populyarlıq qazanır

 

Polşada getdikcə dini məktəblər daha çox populyarlıq qazanmağa başlayıb. Ölkədə katolik məktəblərin sayı artmaqdadır. İldən-ilə dini məktəblərə gedən uşaqların sayında artım müşahidə olunur. 1999-cu ildən başlayaraq ölkədə katolik məktəblərin sayı 140-dan 500-ə qədər artıb. Hazırda katolik məktəblərdə 50 min uşaq oxuyur. Yalnız Krakovda reytinqinə görə ən nüfuzlu 10 gimnaziyadan 7-i katolik məktəbdir. 1999-cu ildən başlayaraq bələdiyyə orqanları tabeliklərində olan məktəbləri dini fondlara və özəl təşkilatlara verib.

 

 

Xarici mətbuat materialları əsasında hazırladı:
Oruc MUSTAFAYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov