Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

2 Sentyabr 2011 - �34

 

Azərbaycanın təhsil nazirləri

Mirzə Rəhim oğlu Məmmədov

 

Mirzə Rəhim oğlu Məmmədov 1909-cu ildə Lerikin Siodi kəndində anadan olub. Lerikdən xoş güzəran ümidi ilə Bakıya gəlmiş ailələrdən biri də Mirzənin atası Rəhim Məmmədovun ailəsi idi. Dörd nəfərdən ibarət olan ailə Bakıda gördüklərindən dəhşətə gəlir, 1918-ci ilin mart soyqırımı ən ağrılı hadisə kimi Mirzənin yaddaşında həkk olunur. Sabunçu qəsəbəsində bir nəfər onun böyük qardaşını xidmətçi kimi işə götürür. Siodiyə qayıdandan sonra atası, bir qədər sonra isə anası dunyasını dəyişir. Tənhalıq və kimsəsizlikdən cana doyan Mirzə Bakıya, qardaşının yanına gəlir.

Onu Alxas adlı bir şəxs himayəsinə götürür. Arıq cüssəli uşaq diribaşlığı, əməksevərliyi ilə özünü sevdirir, yaşamaq ücün bütün əzablara dözür.

Bakıdakı 1 nömrəli uşaq evinə gələn Mirzə burada təhsil almaqla, özü kimi taleyin məşəqqətlərini dadmış uşaqları da oxumağa həvəsləndirir. Sonralar ədəbiyyatşunas alim kimi tanınmış alovlu vətənpərvər Abbas Zamanov yazırdı: "Mirzə ilə Bakıdakı uşaq evində tanış olub dostlaşdıq. Bizi oxumağa həvəsləndirirdi. Uşaq evində böyümüş uşaqların çoxu həyatda nail olduğumuz yaxşı nə varsa, hamısına görə Mirzəyə borcludur".

14 yaşında komsomola qəbul edilən fəal, çalışqan, mehriban Mirzə Məmmədov 1926-cı ildə 2 nömrəli uşaq evinə pioner baş dəstə rəhbəri göndərilib. 3 il sonra Moskvadakı Kommunist Tərbiyəsi Akademiyasına daxil olub.

Moskvadan Azərbaycana qayıtdıqdan sonra Mirzə Məmmədov Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində 5 il (1932-1937) çalışıb, "Gənc bolşevik" və "Pioner" jurnallarının redaktoru olub. O, həm partiya, həm də dövlət işində zəngin təcrübə toplayıb, xeyirxahlığı unutmayıb, haqqın, ədalətin tərəfdarı kimi tanınıb.

Lənkəran Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışanda da (katib olarkən bu regiondan SSRİ Ali Sovetinin Millətlər Sovetinə deputat seçilib), 1942-1944-cü illərdə Azərbaycan KP MK-nın katibi işləyəndə də, 1944-1946-cı illərdə İranda vitse-konsul olanda da Mirzə Məmmədov daim xalq arasında olub, adamların dərdinə qalmağı bacarıb, ən çətin anlarda vəziyyətdən çıxmağın yollarını tapıb, israfçılığa qarşı amansız olub. O, müharibə illərində Səməd Vurğun, Rəsul Rza, Heydər Hüseynov və başqaları ilə ön cəbhəyə gedərək əsgərləri qələbəyə ruhlandırıb.

İranda diplomatik xidmətdən dönəndən sonra Azərbaycan KP Bakı Şəhər Komitəsində, Respublika Ticarət Nazirliyində, Nazirlər Sovetində məsul vəzifələrdə şərəflə, məsuliyyətlə çalışıb.

Mahir təşkilatçı kimi ürəklərdə xoş xatirələri qalan Mirzə Məmmədov üçün xalq maarifi ən çox sevdiyi, ürəkdən bağlandığı bir sahə olubdur. 1938-ci ildə Azərbaycan SSR xalq maarifi komissarı təyin olunan Mirzə Məmmədov bu vəzifədə çalışdığı 4 il ərzində də yüksək vətənpərvərlik nümunəsi göstərib, milli ideallara bağlılığını çəkinmədən nümayiş etdirib, idarəçilikdə yerli kadrlara üstünlük verib.

O vaxt belə bir qondarma qayda qoyulmuşdu ki, Bakı şəhər xalq maarifi şöbəsinin müdiri azərbaycanlı ola bilməz. Xalq maarifi komissarı Mirzə Məmmədov bu qaydanı pozur. Moskvada Ali Partiya Məktəbini bitirmiş gənc pedaqoq Çimnaz Aslanovanı 1938-ci ildə Bakı şəhər xalq maarifi şöbəsinə müdir təyin edir. Buna görə Mircəfər Bağırov onu yanına çağırsa da, elə bir ciddi problem yaranmır. O, 1942-ci ildə İrana diplomatik işə göndərilir.

1954-cü ildə yenidən Azərbaycanın xalq maarifi komissarı təyin edilən Mirzə Məmmədov ümumi təhsilin inkişafı, məktəblərin tədris-maddi bazasının möhkəmləndirilməsi, bağça və ümumtəhsil məktəblərinin tərbiyəçi və müəllim kadrlarına olan ehtiyacların ödənilməsi istiqamətlərində mövcud problemlərin həlli üçün əsl fədakarlıq göstərib.

1959-cu ildə xalq maarifi komissarı olarkən icbari ümumi təhsil sahəsində gördüyü işləri, elmi araşdırmalarını nəzəri cəhətdən ümumiləşdirərək "Azərbaycan SSR-də icbari təhsilin inkişafı" adlı namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alır. Elə həmin ildə Mirzə Məmmədov pedaqoq, psixoloq və müxtəlif fənlər üzrə metodist alimlərin pərvazlandıqları Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutuna (indiki Təhsil Problemləri İnstitutu) direktor göndərilir.

İnstituta rəhbərlik etdiyi illər ərzində hər biri 15 çap vərəqi həcmində olan "Azərbaycan dilinin metodikası", habelə ikicildlik "Ədəbiyyatın tədrisi metodikası" hazırlanaraq nəşr olunur. Yaradıcılıq diapazonu geniş olan Mirzə Məmmədov pedaqogikanın tarixi və nəzəriyyəsinin aktual problemlərinə cəsarətlə müdaxilə edib, orijinal fikir və ideyaları sayəsində elmi ictimaiyyət arasında böyük nüfuz qazanıb.

Pedaqoji elmlərin bir çox sirlərinə dərindən bələd olan geniş erudisiyalı alim kimi Mirzə Məmmədovun dəyərli məsləhət və tövsiyələri elm yolunda olan gənc tədqiqatçılar üçün böyük əhəmiyyət daşıyıb, bir növ mayak rolunu oynayıb. Azərbaycanda pedaqoji və elmi-pedaqoji kadr hazırlığında müstəsna xidmətləri olan görkəmli alimin ürəyinin hərarətindən, gözünün nurundan, yüksək intellektindən onlarca tədqiqatçıya pay düşüb. Aktuallığı, miqyası ilə seçilən bu tədqiqatlardan əldə olunan nəticələr və elmi yeniliklər pedaqogikanın nəzəri-təcrübi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Mirzə Məmmədov Moskva, Daşkənd və Tbilisidə milli kadrların doktorluq dissertasiyalarının müdafiəsini təşkil edib. Ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutuna rəhbərlik etmiş Mirzə Məmmədov bu elm ocağının davamlı inkişafı, yüksəlişi üçün əlindən gələni əsirgəməyib.

"Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif olunub, SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilib.

Mirzə Məmmədov 1973-cü il mayın 5-də dünyasını dəyişib, İkinci Fəxri xiyabanda dəfn olunub.

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Azərbaycanın təhsil nazirləri" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov