Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
sentyabrın 2-də Bakının Xəzər rayonunun Buzovna
qəsəbəsindəki 33 və 125 nömrəli orta
məktəblərin, 244 nömrəli uşaq bağçasının
binalarında aparılan əsaslı təmir və
yenidənqurma işlərinin gedişi ilə tanış
olmuşdur.
2011-2013-cü
illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramında məktəblərin əsaslı təmiri və yenidən
qurulması ilə bağlı bu il üçün nəzərdə tutulmuş
tədbirlər planına uyğun olaraq paytaxtın orta
ümumtəhsil məktəbləri binalarının əsaslı təmir
və yenidənqurma işləri davam etdirilir.
Azərbaycan
Prezidenti İlham Əliyev Xəzər rayonunun Buzovna
qəsəbəsinə gəldi. Görülən işlərlə bağlı
Prezident İlham Əliyevə məlumat verildi.
Bildirildi ki, 33 nömrəli məktəb 2002-ci ildə
inşa edilib. 168 şagird yerlik məktəbdə 267
şagird təhsil alır. Dərslər iki növbədə tədris
olunur. Şagird sıxlığı nəzərə alınaraq 33
nömrəli məktəb üçün əlavə 200 şagird yerlik yeni
korpus inşa edilib.
Sonra
Prezident İlham Əliyev Buzovna qəsəbəsindəki 125
nömrəli orta məktəbə gəldi. 340 şagird yerlik bu
məktəbdə 555 şagirdin təhsil aldığı, dərslərin
iki növbədə tədris olunduğu bildirildi. Məktəbdə
şagird sıxlığı nəzərə alınaraq əlavə 6 sinif
otağının inşa edildiyi qeyd olundu.
Daha sonra
Prezident İlham Əliyev Buzovnadakı 244 nömrəli
uşaq bağçasında həyata keçirilən əsaslı
yenidənqurma işləri ilə tanış oldu. Görülən
işlərlə bağlı dövlət başçısına məlumat verildi.
Bildirildi ki, uşaq bağçasının binası qəza
vəziyyətində olduğundan sökülərək yenidən inşa
olunub. 60 nəfər uşaq üçün nəzərdə tutulan
bağçada üç qrup fəaliyyət göstərəcəkdir. İnşa
olunmuş yeni binada ən müasir tələblərə uyğun
bütün şərait yaradılacaqdır.
Görülən
işlərlə yaxından tanış olan Prezident İlham
Əliyev müvafiq tövsiyələrini verdi.
AzərTAc |