Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

8 Sentyabr 2011 - �35

 

Bölgələrdə yeni məktəb binaları inşa olunub

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına müvafiq olaraq ölkəmizin əksər bölgələrində yeni məktəb binaları tikilir və ya əsaslı təmir olunur. Belə bölgələrimizdən biri də Qax rayonudur. Rayonun Qıpçaq kəndində Təhsil Nazirliyinin sifarişi ilə 180 şagird yerlik yeni məktəb binası tikilib. İkimərtəbəli məktəb binasında 9 sinif otağı, fizika və kimya laboratoriyaları, kompüter otağı, akt və idman zalları, bufet, arxiv otağı vardır. Binanın istilik, elektrik və kanalizasiya sistemləri artıq qurulub. Hazırda otaqların, dəhlizlərin divarları rənglənir, həyətdə abadlıq işləri aparılır.

***

Dövlət Proqramı çərçivəsində bu il Balakən rayonunda da iki məktəb binası tikilir. Onlardan biri  Qazböluk kəndindəki 180 yerlik məktəb binasıdır. İnşası yekunlaşmaqda olan bina 11 sinif otağı, fənn kabinetləri, laboratoriya, akt zalı, kompüter otağından ibarətdir. Məktəb üçün yeni qazanxana və nasosxana inşa olunub, müasir istilik sistemi qurulub. Hazırda idman zalında tikinti başa çatmaqdadır, əsas korpusda isə tamamlama işləri yerinə yetirilir. Məktəbin həyətində də qızğın iş gedir, həyət abadlaşdırılır, burada gözoxşayan yaşıllıq salınır.

Rayonun Katex kəndində də yeni məktəb inşa olunub. Katex kənd 2 nömrəli orta məktəb üçün nəzərdə tutulmuş həmin binanın təməli 2010-cu ildə qoyulub. İnşaat işləri isə əsasən bu il aparılıb. Hazırda tikintisi başa çatan 220 şagird yerlik məktəb binası Təhsil Nazirliyinin sifarişi ilə inşa olunub. Fənn kabinetləri, laboratoriya otaqları, akt zalı, kompüter otağı və yardımçı binalardan ibarət olan məktəb müasir standartlara uyğun inşa olunub. Qeyd edək ki, bu bina son illər Balakən rayonunda inşa olunan sayca 21-ci məktəb binasıdır. 

Y.ƏLİYEV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov