Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

ADU-nun rektoru I kurs tələbələri ilə görüşdü

 

Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU)  Bilik günü münasibətilə  universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşdü. ADU-nun akt zalında keçirilən görüş Azərbaycanın Dövlət himni ilə başladı. Sonra rektor Səməd Seyidov Bilik günü münasibətilə professor - müəllim heyətini, tələbələri təbrik etdi. Rəhbərlik etdiyi ali təhsil ocağının yaranması tarixindən, universitetdə fəaliyyət göstərən fakültə və mərkəzlər haqqında məlumat verən rektor bildirdi ki, universitetin əsas fəaliyyəti Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana gətirməkdir. Dövlət rəhbərliyi səviyyəsində təhsilə, gəncliyə xüsusi qayğının olmasından danışan rektor S.Seyidov məhz bu qayğının nəticəsində də ADU-da vacib islahatların aparıldığını bildirdi. Boloniya prosesi haqqında da danışan rektor bir çox tələbələrin öz təhsillərini xarici ölkələrin ali təhsil müəssisələrində davam etdirdiklərini nəzərə çatdırdı.

Çıxışının sonunda rektor bir daha I kurs tələbələrinə uğurlar arzuladı və universitet rəhbərliyini onlara təqdim etdi.

Sonra yüksək balla ADU-nun Tərcümə fakültəsinə daxil olan Nigar Məmmədova tələbə yoldaşlarına uğurlar arzuladı.

Valideynlər adından danışan 1 saylı İngilis dili fakültəsinin I kurs tələbəsi Fidan Babayevanın atası Nizami Babayev övladının ADU-ya daxil olmasından şərəf hissi keçirdiyini dedi. Əmin olduğunu bildirdi ki, gənclər öz təhsillərini başa vuraraq Azərbaycana layiqli şəxslər kimi yetişəcəklər.

1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev öz çıxışında tələbələri təbrik edərək, uğurlar arzuladı və təhsil aldıqları müddətdə onlara kitabdan ayrılmamalarını tövsiyə etdi.

Daha sonra yüksək balla universitetə daxil olmuş tələbələrə tələbə biletləri və qiymət kitabçaları təqdim edildi.

Qeyd edək ki, 2011-2012-ci tədris ilində ADU-ya 1000-dən çox tələbə daxil olub. 

ADU-nun Mətbuat xidməti

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov