Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Zəka və intellekt bayramı

 

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da, o cümlədən Naxçıvan Dövlət Universitetində 15 sentyabr - Bilik günü xüsusi təntənə ilə qeyd olundu. Universitetin rektoru, akademik İsa Həbibbəyli və rektorluq nümayəndələri ali məktəbin yeni  tədris ilinə bir çox yeniliklərlə qədəm qoymasının şahidi oldular. Tarix-filologiya fakültəsində yeni yaradılmış "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" bölməsində Azərbaycan dövlətçiliyinin və ədəbiyyatının parlaq səhifələri, ümummilli liderin ədəbiyyata, elmə və ziyalılığa yüksək ehtiram və qayğısı tərənnüm olunur.

Memarlıq və mühəndislik fakültəsində "Elektroenergetika mühəndisliyi" ixtisasının yeni tədris bazası, müasir texniki avadanlıqlarla təchiz olunmuş  energetika və istilik texnikası laboratoriyaları bu ixtisas üzrə təhsil alacaq tələbələr üçün mükəmməl təcrübi baza rolunu oynayacaq. Fakültə nəzdindəki rəssamlıq emalatxanalarında gedən coşqun yaradıcılıq prosesi, yeni sənət əsərləri ilə tanıslıq tədbir iştirakçılarında xoş təəssüratlar oyatdı. CİSCO akademiyasının nəzdində yaradılan, yeni nəsil texniki avadanlıqlarla təmin olunmuş informasiya-kommunikasiya texnologiyaları laboratoriyası, habelə memarlıq və incəsənət tarixi kabinetində və sərgi salonundakı yeni eksponatlar haqqında məlumat verildi.

Rektor, akademik İsa Həbibbəylinin müəllim və tələbələrlə tədris prosesində, auditoriyalarda görüşməsi, səmimi təbrikləri onlarda xoş bayram ovqatı, ruh yüksəkliyi yaratdı.

Birinci kurs tələbələri müasir tipli, maksimum şəraitə malik tələbə yataqxanası, Sosial Xidmət Mərkəzindəki ərzaq, geyim və kitab mağazaları, yeməkxana ilə tanış oldular. Builki rəssam məzunların əl işlərindən ibarət sərginin açılışında rektor universitetin təsviri sənətin, Naxçıvan rəssamlıq məktəbinin inkişafındakı xidmətlərindən, sərgilənən rəsmlərin sənət məziyyətlərindən danışdı.

İncəsənət fakültəsinin "Aktyor sənəti"  ixtisasının tədris bazası ilə  tanıslıq zamanı rektor, akademik İsa Həbibbəyli bu ixtisasın yeni açılmasına baxmayaraq universitetin teatr ənənəsinə, zəngin səhnə təcrübəsinə malik olduğunu, müxtəlif mədəniyyət kollektivlərinin xarici qastrollar zamanı böyük uğurlar qazandığını vurğuladı.

Birinci kurs tələbələri ilə keçirilən görüşdə rektor, akademik İsa Həbibbəyli çıxış edərək tələbə adını qazanmış gəncləri səmimi təbrik etdi. O, Azərbaycanda ümummilli lider Heydər Əliyevin elm, təhsil strategiyasının səylə davam etdirilməsindən, bu sahədəki böyük uğurlardan söz açdı, ölkə başçısı İlham Əliyevin və muxtar respublika rəhbərliyinin elmin, təhsilin inkişafına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdi.

Universitetdə görülmüş genişmiqyaslı işlərdən və əldə edilmiş nailiyyətlərdən söz açan rektor bu təhsil ocağının gələcək uğurlarında  yenicə tələbə adı qazanmış gənclərin də böyük rol oynayacağına əminliyini bildirdi,  onlara elmdə və təhsildə nailiyyətlər arzuladı. Natiq tələbə gənclərə milli mənəviyyatımızı, o cümlədən qədim tariximizi, ana dili və ədəbiyyatımızı sevməyi və dərindən mənimsəməyi,  müstəqil Azərbaycanın çiçəklənməsi naminə ümummilli lider Heydər Əliyevin ideyalarını sədaqətlə  yaşatmağı, gəncliyə göstərilən diqqət və qayğıdan yetərincə bəhrələnməyi tövsiyə etdi.

Birinci kurs tələbələri adından çıxış edən Prezident təqaüdçüləri - 685 balla Müalicə işi ixtisasına daxil olmuş Sara Əzizova, 677 balla hüquqşünaslıq  ixtisasına daxil olmuş Ramazan Abdullayev, mülki və təsərrüfat hüququ ixtisası üzrə magistratura pilləsində təhsil alacaq  Türkan Gülməmmədova, digər yüksək balla qəbul olmus tələbələr hədsiz sevinclərini və xoş təəssüratlarını çatdırdılar.

Universitetin qocaman müəllimi, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, biologiya elmləri namizədi Əli Məmmədov ilk dəfə auditoriyaya qədəm qoyacaq tələbələrə xeyir-dua və tövsiyələrini çatdırdı. Banqladeş Respublikasının vətəndaşı, beynəlxalq münasibətlər ixtisasının II kursunda təhsil alan MD. Khaizur Zaman xarici tələbələr adından tələbə adını qazanmış gəncləri təbrik etdi.

Tədbirin sonunda yüksək bal toplayan tələbələrə tələbə biletləri təqdim olundu.  Bilik günü tədbirləri əsl bayram ovqatı ilə yekunlaşdı. 

Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov