Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Yubileyə layiq uğurlar

 

Sentyabrın 15-də ADPU-da Bilik gününə həsr edilmiş  tədbirin iştirakçıları əvvəlcə  Azərbaycan Dövlət Pedaqoji Universitetində  ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov bildirdi ki, yeni -2011-2012-ci tədris ili öz zəngin  elmi-pedaqoji potensialına görə müstəqil Azərbaycan Respublikasının qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrindən biri olan ADPU-nun professor-müəllim heyəti və tələbə kollektivi üçün də bir sıra müsbət yeniliklərlə başlayıb. Belə ki, bu il ADPU-ya əyani şöbəyə 10 fakültə üzrə 1332 nəfər, qiyabi şöbəyə isə 470 nəfər tələbə qəbul edilib. Bütövlükdə   tədris ilində ADPU-ya 1802 nəfər tələbə qəbul edilib. Eyni zamanda, bu  tədris ilində ADPU -nun magistraturasının əyani şöbəsinə 11 istiqamət, 43 ixtisas üzrə 231 nəfər, qiyabi şöbəsinə isə  8 istiqamət, 22 ixtisas üzrə 146 nəfər qəbul edilib. 

Professor Y.Məmmədov qeyd etdi ki, respublikamızın ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə  keçməsi ilə əlaqədar bu il ADPU-ya ali təhsilin bakalavr pilləsində 722 nəfər tələbə dövlət sifarişi əsasında qəbul edilmişdir.

2007-ci ildən ADPU-nun əyani şöbəsində bütün kollokvium, semestr və dövlət imtahanlarının elektron-test üsulu ilə aparılmasından danışan rektor dedi ki, bu ildən  qiyabi şöbənin ilk  iki kursunun kollokvium və semestr imtahanlarının bu mütərəqqi üsulla keçirilməsi üçün texniki vasitələr və proqram təchizatı yaradılmışdır.

ADPU-nun beynəlxalq əlaqələri genişlənməkdə davam edir. Ötən tədris ilində bir neçə xarici ölkənin universitetləri ilə elm və təhsil sahəsində geniş əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Zəngin elm və təhsil ənənələrinə malik olan ADPU bu il həm də özünün 90 illik  yubileyini qeyd etməyə  hazırlaşır. Yubiley günləri və yubiley  ərəfəsində 2009-cu ildə üzv olduğu, Avropanın pedaqojiyönümlü 59 universitetini birləşdirən ETEN-dən, o, cümlədən universitetlə sıx əməkdaşlıq edən Türkiyənin Hacəttəpə Universitetindən çoxsaylı  nümayəndə heyətinin  ADPU-ya gəlişi  və burada təhsilin problemləri ilə bağlı beynəlxalq elmi konfransların keçirilməsi planlaşdırılır.

Tədbirdə çıxış edən digər  natiqlər də  ADPU-nun qazandığı uğurlardan söz açdılar.

Sonda I kursa qəbul olan tələbələrin valideynləri uşaqlarının universitetdə yaxşı oxumaları üçün   onlara yaradılan şəraitə görə  ADPU-nun rəhbərliyinə öz  minnətdarlıqlarını   bildirdilər.  

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov