Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Birincilərin bayram sevinci

 

 Bakıdakı 276 nömrəli məktəbdə 15 sentyabr Bilik gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rafiq Zeynalov, Binəqədi Bələdiyyəsinin sədri Fəzail Babayev, Binəqədi Rayon Veteranlar Şurasının sədri İman Musayev və valideynlər iştirak edirdilər. Mərasimdə çıxış edən məktəbin direktoru Bəhram Şiriyev  yeni dərs ilinin başlanması münasibətilə toplantı iştirakçılarını, xüsusən də birinci sinif şagirdlərini və onların valideynlərini təbrik etdi. O, ilk növbədə, təhsilə göstərilən diqqət və qayğıya görə ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi. Mədəni irsimizin dirçəlməsi və inkişafında əvəzolunmaz xidməti olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsil sahəsində  gördüyü işlərdən danışdı. Məktəbin ötən dərs ilində əldə etdiyi nailiyyətlər haqqında məlumat verən B.Şiriyev bildirdi ki, məktəbin şagirdlərindən 86 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmiş, onlardan 49 nəfəri ölkəmizin nüfuzlu ali təhsil müəssisələrinin tələbəsi adını qazanmışdır. Elgiz Muradbəyli Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının III qrup ixtisası üzrə keçirdiyi qəbul imtahanlarında 695 bal toplayaraq respublika üzrə III qrupda ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülmüşdür. Şagirdlərdən Mirqəni Hüseynov 655 bal, Nicat Mirzəbəyli 630 bal, Aygün Musayeva isə 619 bal toplamışlar. Ötən dərs ili müddətində məktəbin şagirdlərindən Xəyalə Abdullayeva, Günay Ağayeva, Faiq Nəsirov və Rauf Hacıyev idmanın müxtəlif növləri üzrə respublikamızı beynəlxalq yarışlarda təmsil edərək çempion adına layiq görülmüşlər.Valideynlərin məktəblə birgə fəaliyyətini yüksək qiymətləndirən və bunun çox səmərəli olduğunu qeyd edən B.Şiriyev müvafiq əmrə əsasən 65 yaşı tamam olan və təqaüdə çıxmış müəllimlərlə də sıx əməkdaşlıq edəcəklərini və onların tövsiyə və məsləhətlərinə hörmətlə yanaşacaqlarını nəzərə çatdırdı. Məktəbin beynəlxalq əlaqələri haqqında söz açan direktor bildirdi ki, hazırda bu təhsil ocağı Kiprin Ağ Dəniz Universiteti ilə sıx əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır.

Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə iştirakçıları təbrik etdilər. Mərasim ilk zəngin çalınması ilə sona çatdı. 

Niyazi RƏHİMOV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov