Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

"Salam, doğma məktəb"

 

Dünən respublikamızın hər yerində olduğu kimi, Bakının Səbail rayonundakı 51 nömrəli məktəbdə də Bilik günü təntənə ilə qeyd olundu. Mərasimi məktəbin direktoru Lətafət Səmədova açaraq yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etdi. Bildirdi ki,  ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlayan təhsil islahatları bu gün öz bəhrəsini verməkdədir. Təhsil sahəsi ilə bağlı həyata keçirilən proqramların uğurlu icrası, eyni zamanda Prezident İlham Əliyevin ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bu sahəyə göstərdiyi daimi qayğı hər yerdə açıq-aydın hiss edilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son illər respublikamızın müxtəlif bölgələrində yüzlərlə yeni məktəb binası tikilib istifadəyə verilmişdir.

Bu il 51 nömrəli məktəbin də bir korpusu əsaslı təmir olunmuş, sinif otaqları yeni avadanlıqlarla təchiz edilmişdir. Yeni tədris ilində 114 şagird birinci sinfə qəbul olunub. 2010-2011-ci  tədris ilinin yekunlarına görə "İlin ən yaxşı məktəbi" seçilən məktəbin ötənilki məzunlarından 47 faizi tələbə adını qazanıb. Uğurların əldə edilməsində göstərilən qayğıya, gənc nəslin təlim-tərbiyəsini yüksək səviyyədə  təmin etmək üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə kollektivimiz adından minnətdarlıq edirəm.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Novruzov və digər çıxış edənlər yeni dərs ilinin başlanması münasibətilə valideynləri, müəllim və şagirdləri təbrik etdi. Qeyd olundu ki, dövlətimiz bu gün bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə də diqqət göstərir. Pedaqoji kollektivin və valideynlərin üzərlərinə düşən vəzifələr isə vətənə layiqli övladlar yetirmək üçün bütün qüvvələrimizi səfərbər etməkdən ibarətdir.

Birinci sinif şagirdləri Vətənə, ana dilinə aid şeirlər söylədilər.

Sonra ilk zəng çalındı. İbtidai sinif müəllimi Səkinə İbadovanın rəhbərlik etdiyi 1a sinfində ilk dərs günü birincilərin böyük marağına səbəb oldu. Şagirdlərin müəllimin Azərbaycan, dövlət rəmzlərimiz, dilimizlə bağlı suallarına verdikləri dolğun cavablar hamını razı saldı. Züleyxa Əliyevanın söylədiyi Bəxtiyar Vahabzadənin "Ana dili" şeiri isə alqışlarla qarşılandı.  

Qabil YUSİFOĞLU

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov