Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

16 Sentyabr 2011 - �36

 

Bölgələrdə təhsil işçilərinin sentyabr konfransları keçirilib

 

AĞSU 

Sentyabrın 6-da  Ağsu şəhər mədəniyyət  sarayında  təhsil işçilərinin konfransı keçirildi. İlk öncə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri  qoydular.

Konfransın işində Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, Ağsu  Rayon İcra Hakimiyyəti başçısının müavini  Rasim Novruzov və məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri iştirak etdilər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət  himni səsləndi.

Yeni dərs ilinin başlanması münasibətilə konfrans iştirakçılarını şəhər körpələr evi-uşaq bağçasının fidanları təbrik etdilər.

Plenar iclasda "2010-2011-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasi çıxış edərək qeyd etdi ki, 2010-2011-ci dərs ilində Ağsu rayonunda 70 ümumtəhsil məktəbi, o cümlədən 35 tam orta, 19 ümumi orta, 16 ibtidai  məktəb fəaliyyət göstərmişdir. Ümumtəhsil məktəblərində 9211 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1173 nəfər pedaqoji işçi məşğul olmuşdur ki, onların da  729 nəfəri ali, 444 nəfəri isə orta ixtisas təhsillidir.  Dərs ili ərzində buraxılış siniflərinin şagirdləri ilə aparılan məqsədyönlü iş, keçirilən sınaq-yoxlama imtahanları öz müsbət nəticəsini  vermişdir. 2009-cu illə müqayisədə son illər tam orta təhsil səviyyəsi üzrə nəticə 20 faizdən çox yaxşılaşmışdır. 

2011-ci ildə ali məktəblərə qəbul üçün sənəd vermiş məzunların 68 nəfəri müsabiqə balından yuxarı bal toplamış, onların 65 nəfəri tələbə adını qazanmışdır. Ali məktəbə qəbul keçən illə müqayisədə çox  olsa da, qənaətbəxş deyil.

"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq 57 təhsil işçisi, o cümlədən keçən dərs ilində 30 nəfər İKT-nin tətbiqi üzrə müxtəlif təlim kurslarından keçirilmiş, ümumtəhsil məktəblərinə 300 ədəd kompüter dəsti, 10 noutbuk, 5 proyektor, 25 printer verilmiş, Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş ümumtəhsil müəssisələrinin sayı 12-yə çatdırılmışdır.

Məruzəçi qeyd etdi ki, 2011-2012-ci dərs ili ərəfəsində ümumtəhsil məktəbləri üçün 102 adda 3463170 nüsxə dərslik çap edilmişdir. Onların 45 adda 1779750 nüsxəsi yeni fənn proqramları (kurikulumları) ilə işləyən ibtidai siniflər üçün nəzərdə tutulmuşdur. Bunlardan bölgü üzrə rayona ayrılmış 51 adda 24414 ədəd dərslik və dərs vəsaiti gətirilib məktəblərə paylanmışdır.

Konfransda şəhər 2 nömrəli orta məktəbin direktoru A.Kərimli, 5 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ş.Həsənova, gənc müəllim F.Ayatova və başqaları çıxış etdilər.

Konfransın işində  iştirak edən Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı rayon təhsil şöbəsinin illik hesabat məruzəsinə münasibətini bildirdi. Qeyd etdi  ki, bu gün hesabat məruzəsində, Təhsil Nazirliyinin və TQDK-nın hesabatlarında da Ağsu rayonu təhsilin nəticələrinə görə ən geridə qalan rayonların sırasındadır.

Təhsilin əsas göstəricilərindən biri ali məktəblərə qəbuldur deyən Faiq Şahbazlı  rayonda 400-dən çox  şagirdin orta məktəbi  qurtarmasına  baxmayaraq,  cəmi 65 nəfərin ali məktəbə qəbul olmasını təəssüf hissi ilə qeyd etdi.

Bildirildi ki, Ağsu Rayon Təhsil Şöbəsindən dörd ildə 18 məktəb ilin  "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak edib, ancaq yer tuta bilməyib. Eyni zamanda "Ən yaxşı müəllim" müsabiqəsində iştirak edən müəllimlərdən isə biri  müsabiqənin qalibi olub. Bütün bu məsələlər  Ağsu Rayon Təhsil Şöbəsinin hər bir işçisini ciddi düşündürməlidir.

Ağsu Rayon Təhsil Şöbəsində İKT-nin  tətbiqinin, kurikulumlarla,  məktəblərin təmiri ilə əlaqədar görülən işlərdən danışan Faiq Şahbazlı, həm də  bu rayonun  bütün ümumtəhsil məktəblərində dərsliklərlə bağlı heç bir problemin olmamasını konfrans iştirakçılarının nəzərinə çatdırdı. 

VMA-nın  respublikada artıq formalaşmış bir təşkilata çevrildiyi, Ağsu məktəblərində də bu sahədə müəyyən işlər görülməsinin vacibliyi təhsil işçilərinə  tövsiyə edildi.

Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Rasim Novruzov tədbirdə  rayon təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışdı. O, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi və  işlərində uğurlar arzuladı.  

GÖYÇAY 

Sentyabrın 7-də Göyçay rayonunda Heydər Əliyev Mərkəzində  təhsil işçilərinin konfransı keçirildi. Konfransda Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov,  rayon icra hakimiyyətinin  nümayəndələri,  müəllimlər və  bələdiyyə işçiləri  iştirak edirdilər.

İlk öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyuldu. Sonra uzun illər pedaqoji işdə çalışmış və konfranslararası dövrdə  dünyasını dəyişmiş   müəllimlərin  xatirəsi bir dəqiqəlik sükutla  yad edildi. Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Asif Nəbiyev konfransda "2010-2011 -ci dərs ilinin yekunları və  yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə ilə  çıxış etdi. Qeyd etdi ki,  bu il  ümumtəhsil məktəblərinin 307  məzunu ali məktəblərə, orta təhsil bazasından 93, əsas təhsil bazasından 151 nəfər orta ixtisas məktəblərinə  qəbul olmuşdur. Abituriyentlərdən 11 nəfəri 600,  47 nəfəri isə 500 baldan yuxarı nəticə göstərmişdir. Bildirildi ki, işdə nöqsanlar  da az deyildir.  Hələ də  rayon təhsilində peşə hazırlığı aşağı olan kadrlar vardır.  Növbəti  dərs ilində bu sahə  ciddi nəzarətdə saxlanılacaqdır.

Konfransda şəhər 1 nömrəli orta məktəbin direktoru, respublikanın əməkdar  müəllimi Tahirə Qurbanova, Qaraman kənd tam orta məktəbinin direktoru Məlahət İsmayılova, şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi Nigar Beydullayeva, Şıxbəy kənd ümumi orta məktəbinin direktoru Gülbəniz Maqsudova və başqaları  çıxış etdilər.

Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı   respublikada təhsil islahatı ilə əlaqədar Göyçay təhsil işçilərinin gördüyü işlərdən danışdı. O, ali məktəbə qəbulun nəticələrinə görə Göyçay rayonu məktəblərinin  nəticələrini yüksək qiymətləndirdi. Amma Göyçayın müəllimlərinin ilin "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim "  müsabiqələrində iştirakının indiki formada olmasından narazı qaldığını söylədi. F.Şahbazlı dedi ki, Göyçayın yaxşı məktəbləri, tanınmış ziyalıları var. Ona görə də  növbəti dəfə Təhsil Nazirliyinin keçirdiyi müsabiqələrdə qaliblərin sayı artırılmalıdır.

65 yaşına çatan müəllimlərin pensiyaya çıxması məsələsinə toxunan  Faiq Şahbazlı burada  da  bir sıra suallara  aydınlıq  gətirdi.

Göyçay RİH-in başçısı Mənsur Məmmədov konfransda çıxış edərək   rayon təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışdı.

Sonda təhsil işçiləri adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə   müraciət qəbul edildi.

Müraciətdə bildirilirdi ki, bu gün təhsil işçiləri qarşısında böyük vəzifələr durur. Ulu öndərimiz Heydər Əliyev məktəbinə sadiq, vətənpərvər, düşmənə nifrət etməyi bacaran, biliyi, əməli və qayəsi ilə əsl azərbaycanlı olan şəxsiyyətlər tərbiyə etmək  ən şərəfli vəzifədir. Biz Sizə söz veririk ki, bütün qüvvə və bacarığımızı bu istiqamətdə cəmləşdirəcəyik� 

AĞDAŞ 

Sentyabrın 8-də Ağdaş şəhərindəki "Səma" şadlıq sarayında   rayonun təhsil işçilərinin  konfransı keçirildi.

Plenar iclasda "2010 -2011-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda Ağdaş  Rayon Təhsil Şöbəsinin müdiri  Lütvü Paşayev hesabat məruzəsi ilə çıxış etdi. Dedi ki, 2010-cu ildə ali məktəblərə qəbul olunmaq üçün ərizə verən 470  nəfər abituriyentdən 201 nəfəri, 2011-ci ildə isə ərizə verən 498 nəfər abituriyentdən 238 nəfəri respublikamızın və digər xarici ölkələrin  ali məktəblərinə qəbul olunmuşdur. Eləcə də rayonumuzun tam orta məktəblərinin 51 nəfər məzunu 500-dən yuxarı bal toplamışdır. 2003-cü ildə ali məktəblərə qəbul zamanı 500-dən yuxarı bal toplayan məzunların sayı 10 nəfər olmuşdusa, bu rəqəm 2011-ci ildə 51 nəfər təşkil etmişdir. Beləliklə, son illər 500-dən yuxarı bal toplayan məzunların  13 nəfəri 600-700 bal intervalında rekord nəticə göstərə bilmişdir.

Bildirildi ki,  2011-ci ildə  ali məktəblərə qəbul zamanı ən zəif nəticəni Güvəkənd, Şıxlı, Ərəb, Kotanarx, Ərəbocaq, Güvə, Kotavan, Qoşaqovaq, Yuxarı Nemətabad, Eymur kənd tam orta məktəblərinin məzunları göstəriblər.

Konfransda  şəhər  texniki humanitar təmayüllü internat tipli gimnaziyanın direktoru Şəhla Hacıbalayeva, 9 nömrəli məktəbin müəllimi Məhəmməd Məmmədov və başqaları çıxış etdilər.

Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı çıxışında Ağdaş təhsilinin  uğurlarını qeyd etdi. Sonra  Təhsil Nazirliyinin bəzi məlumatlarını konfrans iştirakçılarının nəzərinə çatdırdı.  Qeyd etdi ki, məktəblərdə  fənn müəllimləri dərs yükünün azlığından şikayətlənirlər. Bu gün deməliyəm  ki, bəzi fənlər üzrə dərs  saatlarında müəyyən  dəyişikliklər var. O cümlədən,  X sinifdə kimya və biologiya, XI sinifdə fizika və coğrafiya  fənlərinin saatları bir saatdan iki saata qaldırılıb. Ancaq dərsliklərimiz isə   dəyişməyib.

Qeyd edildi  ki, 2008-ci ildən kurikulumun tətbiqinə  yeni dərsliklərlə başlanıb. Çalışırıq  ki, bu dərsliklər yüksək  keyfiyyətdə olsun. Bu gün etiraf etməliyik ki, hazırkı dərsliklərimiz 5 il  bundan qabaqkı dərsliklər deyil.  İndiki dərsliklərimiz həm poliqrafik keyfiyyəti, həm də məzmunu ilə çox fərqlənir. Hazırda məktəb kitabxanalarının zənginləşməsi istiqamətində müəyyən addımlar atılır. Bu il Dünya Bankı ilə 500 məktəbin  kitabxanalarının zənginləşməsi istiqamətində 170 adda oxu materialları  təhsil müəssisələrinə verilib.

Natiq çıxışının sonunda konfrans iştirakçılarını maraqlandıran suallara cavab verdi və onları yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.    

Tədbirdə iştirak edən Ağdaş Rayon İH başçısının müavini Aynur Novruzova    təhsil işçilərinin qarşıda duran vəzifələrindən danışdı.

Sonra   rayon  icra hakimiyyəti  tərəfindən 2010 və 2011-ci illərdə ali məktəblərə qəbul olan bir qrup   məzuna Fəxri fərman  və pul mükafatları   təqdim edildi.  

Şakir CƏFƏROV

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov